Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 20:35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zülfüqar Yusifov: “Bələdiyyə ən çox abadlıq işlərinin görülməsinə, küçələrin işıqlandırılmasına,vətəndaşların mədəni istirahətinin təşkilinə nail olmağa çalışır”


 “Vətəndaş məmnunluğunun təmin  edilməsi ilə əlaqədar sakinlərlə mütəmadi görüşlər keçirilir, həlli vacib məsələlərin həyata keçirilməsinə yardım edirik”- bu fikirləri Belediyye.infoya Gədəbəy Bələdiyyəsinin sədri  Zülfüqar Yusifov bildirib.

Sədr bildirib ki, istər yazılı və istərsə də şifahi müraciət edən vətəndaşın yanında oluruq ,onların müraciətlərinə həssaslıqla yanaşıraq,səlahiyyətimiz daxilində məsələlərinin həllinə köməklik edrik.

Sədr qeyd edib ki, ay ərzində vətəndaşların 10 –dan artıq  rəsmi müraciətinə baxılmış, altı məsələ yerində həll edilmiş, dörd məsələ isə aidiyyatı üzrə yönəldilmişdir.

Bələdiyyə müraciət edən vətəndaşlar daha çox torpaq sahəsi almaq üçün və maddi yardımla əlaqədar mütaciət edirlər.

Sədr sonda qeyd edib ki, bələdiyyə ən çox abadlıq işlərinin görülməsinə, küçələrin işıqlandırılmasına,vətəndaşların mədəni istirahətinin təşkilinə nail olmağa çalışırıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər