Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 22:27

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Qəsəbənin abadlıq-quruculuq işlərində  bizlərin də üzərinə müəyyən məsuliyyət yükü düşür”

“Abadlıq-quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi Bakı şəhərinin qəsəbələrində də davam etdirilir. Bu isdə biz bələdiyyələrin də üzərinə müəyyən məsuliyyət yükü düşür” – bu fikirləri Sabunçu rayonu Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə olaraq fəaliyyətimizi əsasən vətəndaş müraciətləri üzərində qururuq. Bu günlərdə sakinlərin məhəllədaxili  yolda təmir işlərinin aparılması və yola asfalt salınmasıyla bağlı mürəciətə bələdiyyə iclasında baxılaraq müsbət qərar verilmişdir. Qərara əsasən qəsəbənin Əliyar Əliyev küçəsinin məhəllədaxili hissəsində asfaltsız yolun yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə həyata keçirilməyə başlanılıb.  Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə əraziyə asfalt salınması artıq  başa çatdırılıb.

Qeyd edək ki, Sabunçu bələdiyyəsi tərəfindən qəsəbə ərazisində  maliyyə imkanları çərçivəsində ehtiyac olan küçələrdə bu məzmunda  işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər