Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2024 , 20:15

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +
Bələdiyyə sədri: “Mütəmadi olaraq kənd qəbirstanlıqlarında iməcilik təşkil edilir”

“Qəbələ rayonu Tüntül bələdiyyəsi kənd ərazisində olan qəbirstanlıqlarda mütəmadi olaraq iməçilik təşkil edib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib. Sədrin sözlərinə görə, iməcilik çərçivəsində ərazilərdəki yaşıllığın budanması və qulluq edilməsi də diqqətdən kənarda qalmayıb. Qəbiristanlıqda gün ərzində keçirilən iməcilikdə ərazidə təmizlik işləri aparılıb. Abadlıq işlərinə Tüntül bələdiyyəsinin üzvləri, kənd sakinləri, gənclər qoşulub, habelə nəqliyyat vasitələri və texnika cəlb edilib. Aparılan işlər nəticəsində ərazilər zibillikdən təmizlənib, qurumuş kollar kəsilərək yığışdırılıb, yollar isə səhmana salınıb.
Bundan əvvən isə bələdiyyənin inzibati ərazisində olan Yengicə kənd qəbirstanlığında da sakinlərin iştikrakıyla ciddi addımlar atılmışdır.
Bununla yanaşı şəhid atasının xahişinə əsasən şəhid məzarının yaxınlığında məzara təhlükə yaradan ağacın budanması həyata keçirilmişdir.
Xanım sədr sonda bildirib ki, Tüntül bələdiyyəsi kəndin digər ərazilərində də abadlıq işlərinin aparılmasını maliyyə imkanları çərçivəsində planlaşdırır.
Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər