Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-12-2023 , 15:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Assosiasiyada Hümbət Hüseynovun  yubileyi qeyd edilib

3 dekabr Avorpa Şurası  Yerli və Regional Hakimiyyət Konqresində  Azərbaycanı təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynovun 60 illik yubileyi olub.

Bu münasibətlə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında tədbir keçirilib.  Tədbiri giriş sözüylə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev açaraq Hümbət Hüseynovun həyat və fəaliyyətindən, beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etməsindən, Rəsulzadə Bələdiyyəsinin sədri kimi həyata keçirdiyi uğurlu layihələrdən danışaraq Hümbət Hüseynovu  səmimi qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı, peşəkar fəaliyyətində uğurlar və nailiyyətlər arzulayıb.

Tədbirdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının koordinatoru Aydın Muradov, icra katibləri Əli Əkbərli və Vüsal Paşayev, “Bələdiyyələrə Onlayn Xidmət”  Mərkəzinin direktoru Adil Əhmədov çıxış edərək yubilyara öz ürək sözlərini çatdırmışlar.

Sonda Hümbət Hüseynov çıxış edərək onun faliyyətinə verilən qiymətə və göstərdikləri diqqətə görə təşəkkürünü  bildirib.   



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024