Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-10-2026 , 10:48

176

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış “E-Bələdiyyə” mobil tətbiqi istifadəyə verilmişdir.

 Tətbiq Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində icra edilən tədbirlər çərçivəsində bələdiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmışdır.

 “E-Bələdiyyə” tətbiqi vətəndaşlara bələdiyyə orqanına getmədən daha çevik, şəffaf bələdiyyə xidmətlərindən istifadə etməyə imkan verir və bələdiyyə­-vətəndaş münasibətlərini yeni müstəviyə keçirir.

 Vətəndaşlara yerli vergi öhdəliklərini tətbiq vasitəsilə izləmək, ödəniş etmək və bələdiyyə ilə elektron əlaqə saxlamaq imkanı təqdim edilir.

 Tətbiqdən ödəniş əməliyyatının nəticəsinə baxmaq, ödəniş qəbzini əldə etmək və əvvəlki ödənişləri izləmək mümkündür. Əmlak və torpaq vergisi kalkulyatoru isə sahə, zona və obyektin növü üzrə ilkin hesablama aparmağa imkan verir.

 Elektron müraciət imkanları da tətbiqin funksiyaları sırasındadır. İstifadəçilər bələdiyyə uçotu üzrə məlumatların dəqiqləşdirilməsi və təsdiqi üçün müraciət göndərə, müraciətin statusunu izləyə bilərlər. Bələdiyyənin sorğularını cavablandırmaq, təklif təqdim etmək və verilən cavabları oxumaq imkanı sakinlərin yerli məsələlərlə bağlı fikirlərini bələdiyyəyə çatdırmasına şərait yaratmaqla elektron alətlər vasitəsilə ictimai iştirakçılığı təmin edir.

 “E-Bələdiyyə” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “mygov İD” sistemi vasitəsilə qeydiyyatdan keçərək elektron kabinetlərinə daxil olmaqla tətbiqdən istifadə edə biləcəklər.

 Yaxın gələcəkdə “E-Bələdiyyə” mobil tətbiqində digər bələdiyyə xidmətlərinin dairəsinin genişləndirilməsi və məlumatların “MyGov” platformasına da inteqrasiya edilməsi nəzərdə tutulur.

 Aşağıdakı keçidlərdən istifadə etməklə mobil tətbiqi yükləmək olar:

 https://play.google.com/store/apps/details?id=com.icisleri.belediyemobileapp&pcampaignid=web_share

 https://apps.apple.com/tr/app/e-b%C9%99l%C9%99diyy%C9%99/id6815845101?l=tra



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
175

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
427

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
346

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
910