Gənc nəslin vətənpərvərlik tərbiyyəsində mədəni irsin rolu
İdeoloji işimizdə tarix və mədəniyyət abidələrinin təbliği mühüm yer tutur. Bu işdə Dövlət və özəl radio və telekanalları, dövri mətbuat, elmi tədqiqat müəssisələri və geniş ziyalı kütlələri fəal iştirak edirlər.
Tarix
və mədəniyyət abidələri haqqında müntəzəm televiziya verilişləri abidələrin
təbliğini lazımi qaydada tamaşaçılara çatdırırlar. Televiziya tamaşaçıları da
bu verilişləri çox diqqət və marağla izləyirlər.
Bununla
yanaşı, Azərbaycanın memarlıq tarixini, incəsənətini və arxeologiyasını, qədim
Azərbaycan əlyazmalarının çox zəngin fondunu işıqlandıran bir çox əsərlər,
monoqrafiyalar, bukletlər və başqa materiallar nəşr edilməlidir. Hər bir
vətənpərvər şəxs öz təşkilati izahat işini elə gücləndirməlidir ki, xalq
arxeoloji abidələrə diqqəti artırsın, arxeoloji tədqiqatların nəticələri və
yurdumuzun tarixi ilə daha yaxşı tanış olsun, bu abidələrin etibarlı surətdə
qorunmasını təmin etsin.
Bununla
yanaşı tarixi və mədəniyyət abidələrimizi yaşatmaq üçün ayrı-ayrı memarlıq
abidələrini təsvir edən döş nişanları hazırlanmalı, hər bir abidə haqqında
müxtəlif mövzularda sərgilər təşkil
etmək, müttəfiq respublikaların tarixi və mədəniyyət abidələrinin öyrənilməsi
və onların təcrübələrindən yararlanmaq lazımdır.
Məktəblilər
üçün “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə
olunması”, “ Gənclərin estetik, vətənpərvərlik və beynəlmiləl
tərbiyyəsində mədəni irsin rolu”,
“Abidələrin gənc mühafizəçiləri” və başqa buna oxşar mövzularda inşa
yarışmaları müsabiqələri keçirilməsi məqsədə uyğundur.
Bununla
yanaşı, hər bir tarixi və yaxud mədəniyyət abidələrinin qorunması üçün
məktəblərdə, litseylərdə, kolleclərdə, institut və universitetlərdə
maarifləndirmə işləri aparılmalı, hər bir rayon və şəhər məktəbləri arasında
tarixi və mədəniyyət abidələri bölüşdürülərək onların mühafizə olunması üçün
məktəblilərin iştirakı ilə abidələrin ərazilərini mütəmadi olaraq
abadlaşdırılması üçün işlər görülməlidir.
Məktəblilər
arasında yuxarı sinif şagirdlərindən ibarət “Abidələrin gənc mühafizəçiləri”
dəstələri yaradılmalıdır. Qeyd etmək lazımdır ki, tarix və mədəniyyət
abidələrinin təbliğini genişləndirmək üçün məktəblilərdən istifadə imkanları
çox məqsədə uyğundur.
Respublikamızda
xatirə abidələri də çoxluq təşkil edir. Onlar memarlıq abidələri kimi çox
qiymətlidir. Lakin çox vaxt tufeyli həyat tərzi sürən ayrı-ayrı adamlar orada
dəfn olunan şəxslərin “Müqəddəsliyi” haqqında müxtəlif uydurmalar yayaraq
sadəlöv adamaları aldadır və həmin abilərdən tamah məqsədilə istifadə etməyə
çalışırlar. Bu iş əsasən o abidələr üzərində aparılır ki, onlar haqqında
əhalinin kifayət qədər məlumatı yoxdur. Odur ki, bu işlə məşğul olan aidiyyəti
orqanlar, mədəni-maarif işçiləri, tarixçilər, mətbuat orqanları birlikdə
abidələr haqqında əhali arasında geniş izahat işi aparmalı və bununla da
gələcək nəsillərə bu günün və keçmişdən yadigar qalmış abidələri
qorumalıdırlar.
Azərbaycan
tarix və mədəniyyət abidələri haqqında çox cildli rəngli albomun nəşri də
nəzərə alınaraq çap olunmalıdır. Abidələrin mühafizəsi işində gənclərin, iş
adamlarının, idarə və təşkilatların köməyi olmalıdır. Məktəblərdə abidələri
sevənlər klubları və dərnəkləri yaradılmalı, onlar vasitəsi ilə tarix və
mədəniyyət abidələrini təbliğ etməli və böyüməkdə olan nəsli dövlətimizin
müstəqilliyi və əbədiyyəti ruhunda tərbiyyə etdirilməlidir. Tarix və mədəniyyət
abidələrinin mühafizəsi həmişə dövlətin ideoloji iş sahəsindəki fəaliyyətinin
tərkib hissəsi olmalıdır.
Azərbaycan
xalq sənətinin son dərəcə kamil nümunələri olan sərdabələr, məqbərələr,
abidələr, qalalar, saraylar, binalar və məişətdə işlənən cürbəcür maraqlı
şeylər çoxdur. Bütün bunları qoruyub saxlamaq
çox vacib mədəni işdir. Bununla belə, etiraf etməliyik ki, bəzi yerlərdə
bu abidələrin qiymətini və əhəmiyyətini başa düşmürlər və düşmək belə
istəmirlər. Onları nəinki küləyin, qarın, yağışın, təbii fəlakətlərin
təsirindən qorumurlar, hətta geridə qalmış mədəniyyətsiz adamların, mal-qaranın
təxribatından da mühafizə etmirlər.
Vaxtlı-vaxtında
təmir olunmayan, uçulub dağılan, rəngini, naxışlarını, tarixi yazılarını itirən
abidələrimiz də var. Ziyalıların,
mədəniyyət, dövlət və digər təşkilatlarda çalışan işçilərin yaşadıqları,
fəaliyyət göstərdikləri yerlərdə memarlıq, mədəniyyət abidələrini daimi nəzarət
altında saxlamağı, qorumağı özlərinə vətəndaşlıq borcu bilməlidirlər. Axı bütün
sənət abidələri xalqın həm tarixinin şahidləri, danışan dilidir, həm də xalqın
inkişafı üçün, tərəqqisi üçün, yeni nəslin tərbiyyəsi üçün lazımdır.
İnsanların
vətənpərvərlik, humanizm ruhunda tərbiyyəsində, mənəvi tərbiyyədə tarixi
abidələrin bütün növlərinin böyük rolu
var. Həmin abidələr vasitəsilə xalqlar tarixinin bir çox qaranlıq, sirli,
düyünlü cəhətlərini öyrənir.
Tarix
və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, istifadəsi və təbliği sahəsində
dövlət və ictimai təşkilatların fəaliyyəti son dərəcə genişləndirilməlidir.
İndi bu iş əhalinin və dövlətin əsas vəzifələrinə, ilk növbədə, gənc nəslin
vətənpərvərlik tərbiyyəsinə xidmət etməlidir. Ona görə ki, abidələr hər xalqın
maddi və mədəni həyatını, əməksevərliliyini və istedadını, öz milli azadlığı
uğrunda əsrlər boyu apardığı mübarizənin tarixini əks etdirən canlı şahiddir.
Azərbaycan
torpağı tarix və mədəniyyət abidələri
ilə zəngindir. Bunlar çox qədim dövrlərdən bəri yaranıb Azərbaycan tarixinə aid
biliyimizi zənginləşdirən, özünün bacarıqlı, cəsarətli tədqiqatçılarını
gözləyən müxtəlif yerüstü və yeraltı abidələrdir. Şəhər və kəndləri
gəzib-gördükcə, tariximizin açılmaz səhifələrini öyrəndikcə ulu babaların
yaratdıqlarına heyran qalırsan. Onları müasir nəsillərə tanıtmaq və qoruyub
yaşatmaq üçün bizi hələ nə qədər gərgin və geniş miqyaslı işlər gözlədiyini
düşünmək lazımdır.
Vətənimizin
tarixinə dair yeni səhifələr açmaq, ulu babalarımızın gözəl yadigarlarını
gələcək nəsillər üçün qoruyub saxlamaq, şəhər və kəndlərimizdə yaranmış tarixi
- mədəni mühitin saflığına çalışmaq, insanlarımızda vətənpərvərlik hissləri və
bədii zövqi tərbiyyə edən gözəllikləri bərpa edib artırmaq bizdən mənəvi
yüksəliş, mənəvi zənginlik tələb edir. Odur ki, tarixi – mədəni irsə münasibət
yeni meyarda ölçülməli, bu günki tələblər səviyyəsində qiymətləndirməlidir.
Açıq
deməliyik ki, abidələrimizin öyrənilməsi və aşkara çıxarılması, mühafizə və
istifadə olunması, bərpa və təbliğ edilməsi sahəsindəki fəaliyyətimiz bizi
qətiyyən razı sala bilməz. İşimizin bu istiqamətləri üzrə geniş əlaqələndirmə
tədbirləri görülməlidir, həm də kompleks plan əsasında, ardıcıl surətdə.
Ölkəmizdə
təbliğat – təşviqat işinin genişləndirilməsi üçün gənclərimizin əməyindən geniş
istifadə olunmalıdır. Bu tədbir gənclərimizi xalqın tarixi mədəni irsinin
qorunub saxlanılması rolunda vətənpərvərlik həyatına cəlb edər, onların vətənə,
xalqa sədaqət ruhunda yetişməsinə güclü təsir göstərər.
İnsanların
estetik tərbiyyəsində, asudə vaxtının səmərəli və mənalı təşkili istiqamətində
cəmiyyətin imkanlarından hərtərəfli istifadə etməliyik. Abidələrimiz haqqında
maraqlı mühazirə və söhbətlərin təşkili, bədii əsərlər yaradılması, mətbuatda
yazılar dərc edilməsi, televiziya və radio ilə müntəzəm verilişlərin təşkili,
vaxtaşırı sərgilər düzəldilməsi qarşıda duran prioritet məsələdir.
Gəlin
bu abidələr haqqında xalq arasında yaşayan rəvayətləri ətraflı öyrənək, bir
zamanlar elimizin azadlığıni və istiqlaliyyətini qorumuş, vaxtı ilə cavan, hazırda isə qoca
abidələrimizi indi də biz qayğı ilə qoruyaq. Bununla da, biz öz
tariximizin gözəl səhifələrini,
qəhrəmanlığımızın və zəhmətsevərliyimizin şahidlərini qoruyub saxlayaq və
onları baxımlı və durumlu vəziyyətdə gələcək nəsillərə çatdırarıq.
Əziz
dostlar, qoy bizim hamımızın ürəyi xalqımızın tarixinə, mədəniyyətinə, memarlıq
və sənət abidələrinə məhəbbətlə döyünsün. Qoruyaq onları – keçmişimizin canlı
şahidlərini. Bu hissi evdə də, məktəbdə də, ictimai həyatda da gənc nəslə
aşılayın.
Samir Zülfiyev
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi
Rəylər
0 Rəy