Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2026 , 12:39

94

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Məzunların unudulmaz görüşü: iştirakçılar arasında Vəndam bələdiyyəsinin sədri də var

45 il sonra yenidən doğma AzTU-da: Məzunların unudulmaz görüşü (FOTO)

Sentyabrın 5-də Azərbaycan Texniki Universitetinin (AzTU) 1981-ci il məzunlarından ibarət bir qrup 45 ildən sonra doğma universitetlərini ziyarət edib.

"Unikal" xəbər verir ki, məzunlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşərək tələbəlik illərindən söz açıb, həmin dövrə aid xoş xatirələrini bölüşüblər.

Görüş zamanı qeyd olunub ki, məzunlar 1981-ci ildə AzTU-nun sənaye elektronikası ixtisasını bitiriblər. Bu il həm də onların AzTU-ya qəbul olunmaqlarından 50 il ötür. Uzun illər sonra təhsil aldıqları universitetdə olmaqdan böyük qürur və sevinc hissi keçirdiklərini bildirən məzunlar AzTU-nun ötən illər ərzində keçdiyi inkişaf yolunu və hazırda əldə etdiyi uğurları böyük fəxrlə izlədiklərini vurğulayıblar.

Bildirilib ki, AzTU yarandığı gündən etibarən mühəndislik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verib. Universitetin məzunları müxtəlif illərdə ölkənin sənaye, texnologiya və digər strateji sahələrinin inkişafında fəal rol oynayıblar.

Məzunlar doğma universitetin bugünkü inkişafını yüksək qiymətləndirərək AzTU ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Həmçinin qeyri-iş günü olmasına baxmayaraq onlarla görüşə vaxt ayırdığı üçün rektor Vilayət Vəliyevə təşəkkürlərini ifadə ediblər.

Görüşün sonunda məzunlar AzTU-nun müxtəlif məkanlarını ziyarət edib, doğma universitetlərində xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, yubiley mərasimində iştirak edənlər arasında Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov da var. Asif Həşimov 25 ildən artıqdır ki, Vəndam bələdiyyəsinin sədri olaraq bələdiyyə sisteminin formalaşmasına və inkişafına öz töhfəsini verməklə rəhbərlik etdiyi bələdiyyəni təcrübəsi yayıla biləcək bir səviyyəyə çatdırıb. 

https://unikal.az/news/544115/45-il-sonra-yeniden-dogma-aztu-da-mezunlarin-unudulmaz-gorusu-foto



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
733

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
798

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
757