Yeni təyinat alanlara: bələdiyyələrə də dəstək verin
Dünən üç rayona ölkə başçısnın sərəncamı ilə icra başçısı təyin edilib.
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər. Onlardan yalnız biri ilə Hacıbaba Babayevlə ünsiyyətim olub. Son beş ildə Hacıbaba Babayev özünün idarəetmə bacarığı və savadı sayəsində bu gün belə bir məsul vəzifəyə təyinat alması hər halda təsadüfü deyil.
Bütün
hallarda təyinat alanların həri birini təbrik edirəm.
Ümid edirəm
ki, yeni təyinat alanlar Nəsimi RİH-ə ötən illərdə təyin edilmiş siyasi rəhbərdən
fərqli olaraq cənab Prezidentin onlara
göstərdiyi etimadı fəaliyyəti, sədaqəti və vətəndaş məmnunluğunu layiqincə təmin
etməklə doğruldacaqlar. Nəzərə alsaq təyinar alanlar təhsillə yanaşı, həm də zəngin təcrübə
məktəbi keçiblər. Demək, onlara göstərilən etimadın doğruldacaqlarına şübhə yeri
qalmır.
Yeni təyianat
alanları təbrik etməklə yanaşı onları bələdiyyələrə də diqqət göstərməyi, üzləşdikləri
problemlərin həllində bu qurumlara yardımçı olmalarını arzu edirəm.
Qeyd edim
ki, Gədəbəy rayonunda hazırda 10 bələdiyyə,
Qaradağ rayonunda 7 bələdiyyə, Naftalan şəhərində isə bir şəhər bələdiyyəsi formalaşdırılıb.
Əlavə
edim ki, Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və Slavyanka bələdiyyələri
istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var. Əslində
rayonda fəaliyyətləri ilə bələdiyyə sisteminə töhfə verən də məhz Gədəbəy şəhər
və Slavyanka bələdiyyələridir.
Qaradağ
rayonunda formalaşdırılan yeddi bələdiyyədən isə Müşfiqabad bələdiyyəsi əvvəlki illərdə yığılıb qalmış DSMF borcunun
hesabına hələ də “özünə gələ bilmir”. Ələt, Sahil və Qobustan bələdiyyələri də fəaliyyətləri
ilə seçilənlər sırasındadır. İnanıram ki, gəlişi ilə siyasi rəhbər bəzi bələdiyyələrdə
mövcud olan “mənasız intriqa”nın da
qarşısımı almış olacaqdır.
Beləliklə, yeni təyin edilənlər bu gün bu rayonlarda formalaşdırılan bələdiyyələrin üzləşdyi problemlərin həllinə dəstək verəcəklərinə, o cümlədən kifayət qədər DSMF borcu olan bələdiyyələrə bu borcu bağlamaq üçün strateji yol xəritəsini çəkə biləcəklərinə inanıram.
Bir daha uğurlu-düşərli olsun deyirəm.
Vüqar Tofiqli
Rəylər
0 Rəy