Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-09-2026 , 12:00

123

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nümunəvi ştat cədvəlinin olması bələdiyyələrə nə verə bilər?

Bələdiyyələrin nümunəvi ştat cədvəlinin hazırlanıb təsdiq edilməsinə bu gün əşhədü ehtiyac var. Sual oluna bilər ki, niyə?

Qanunvericilik bələdiyyələrə büdcə gəlirlərinin 50 faizədək hissəsinin əməkhaqqına ayrılmasına icazə verir. Ancaq bu gün müşahidə və bu istiqamətdə apardığımız təhlillər göstərir ki, büdcə gəlirləri artdıqca bələdiyyələrdə işçi sayı da artır. Biz bələdiyyə qulluqçularının sayının artmasına qarşı deyilik. Ancaq işə qəbul edilən hər bir şəxsin faydalı iş əmsalı olmalıdır. Təəssüf ki, bəzən əksinə olur. Bir nəfər işləyir, üç nəfər əli cibində işə gəlir və işin sonunda gedir.

Əslində hər bir bələdiyyədə işə qəbul komissiyası var, lakin onun fəaliyyəti kağız üzərində olduğundan fəaliyyəti demək olar ki, sıfıra bərabərdir.

Bu gün nümunəvi ştat cədvəlinin hazırlanması əslində bələdiyyə sədrlərini kənar müdaxilələrdən qoruyan bir sənəd olmalıdır. Belə bir sənədin qəbulu sədrləri RİH-də və digər üstün qurumlarda çalışan məmurların xahişlərindən bir növ azad edə bilər. Konkret.

Bu gün bu proses, etiraf edək ki, bir çox bələdiyyə sədrlərini təngə gətirib. Ən təəssüfedici fakt ondadır ki, bəzən xahiş və tapşırıqla işə götürülən şəxs, uzun illər çalışanlardan daha çox əməkhaqqı alır və “dimdikdə” bələdiyyədə hərəkət edir.

Ona görə də bələdiyyələrin kənd, qəsəbə və şəhər rayonları üzrə və əhali sayına görə bölgüsü aparılmaqla nümunəvi ştat cədvəlinin təsdiqi bələdiyyələrdə əlavə xərclərə də yol açmaz, ancaq bununla yanaşı  öz növbəsində işləyən bələdiyyə qulluqçularının da  əməkhaqqlarının artırılmasına imkan yarada bilər.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
293

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
865