Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-09-2025 , 09:35

1302

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

ƏMDX rəsmilərinə: “Cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin edib xalqa layiqincə xidmət edin"

Bu gün bələdiyyələri, xüsusəndə regionda olanları ən çox narahat edən ən vacib məsələ Əmlak Məsələləri Dövləti Xidmətinin yerli qurumlarının yaratdığı süni əngəlllərdir. Bir çox regionlarda, açıq etiraf edək ki,  ümumiyyətlə biabırçılıqdı.

İnsafı olan yerli qurum rəsmisi sənədləri, nəhayət ki, qəbul edib paytaxta göndərir, vətəndaşın və bələdiyyə sədrinin sevincinin həddi - hüdudu olmur. Çünki üstlərindən ağır bir yük götürülür.  Bir ilə yaxın çarpışmadan sonra sənəd axırki “yuxarıya” göndərilir, lakin bu sevinci hissi  cəmi bir həftə çəkir. Yəni nəticədə  yenidən imtna gəlir. Və “yuxarıdakılar” tərəfindən palatanın müəyyən etdiyi qiymət qəbul edilmir. Və yaxud da başqa bir ağılagəlməz  səbəb göstərilir. Yaxşı palatanın bu qiyməti qəbul edilməyəcəkdirsə onda palata niyə təsis edilirdi?

Üstəlik, bu arada həm vətəndaşın, həm də bələdiyyənin pulu və vaxtı gedir, axı. Özü də kifayət qədər. Bəs bunun kompensasiyasını kim verəcək? Bilən varmı? Nəzərə alaq ki, palatann təsis edilməsi özü bələdiyyə və vətəndaşa əlavə maliyyə yükü yaradıb. 35 manata alınan qiymət arayışı bu gün 150-200 manatadək artırılıb. Nə isə...

Hiss olunur ki, Qiymətləndirmə palatasının yaranmasına “dobro” verməklərinə ƏMDX -dəkilər yaman peşman olub. Nəzərə alaq ki, bu peşmançılıq kifayət qədər vətəndaşı problemlə üz-üzə qoyur və arada məqsədli şəkildə günahkar da bələdiyyə çıxarılır.

Bir tərəfdən Qiymətləndirmə palatasının təsis edilməsi, ikincisi, bu palatanın müəyyən etdiyi orta satış qiymətlərinin ƏMDX tərəfindən qəbul edilməməsi, üçüncü, bələdiyyələrə cavab məktublarında hər hansı bir imzanın məqsədli şəkildə qoyulmaması, qısası yola verilməsi, ən vacibi isə hər bir müraciətin min bir bəhanə ilə geri qaytarılmasına hansı qiyməti vermək olar, bu addımlar ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etmir, axı. Eyni bir əraziyə görə, göndərilən iki müraciətin birinə müsbət, digərinə imtina verilməsinin kökündə nə dayanır. Bilən varmı?  Biz bilməsəkdə, ƏMDX ki rəsmilər gözəl bilir...

Elə fikir yaranır ki, ƏMDX bütün vasitələrlə bələdiyyə büdcəsində vəsaitin daxil olmasına mane olur, istəmir. Bəlkə bu rəsmilər bu hərəkətləri ilə bələdiyyə büdcəsində kifayət qədər vəsaitin daxil  olması arzusundadırlar? Ancaq onların bu arzusunun  gerçəkləşməsi nəticəsində bələdiyyə büdcəsinə 30 fazilik azalma yaradıb, üstəlik saysız - hesabsız vətəndaşı bələdiyyə ilə üz-üzə qoyub. Maraqlıdır, niyə? Hansı səbəbə? Bu “düşmənçiliyin”kökündə nə dayanır.

Üzümü ƏMDX rəsmilərinə tutub deyirəm: sizin əməkdaşların fəaliyyəti sayəsində, məlumatınız olsun ki, vətəndaşlar da, bələdiyyələrdə ciddi şəkildə əziyyət çəkir.  Bu qədər süründürməçilik etməyin, ayıbdır. Bir fikirləşin ki, niyə nazirlik statusunda olan bir qurum bu gün dövlət xidməti səviyyəsinə endirilib. Bircə bunu böş vaxtınız olanda bir təhlil edin. Və bu təhlildən  sonra, xahiş edirəm nəticə çxıarıb cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin edib xalqa layiqincə xidmət edin. Bu bilavasitə həm də sizin vəzifə borcunuzdur. 

Vüqar Tofiqli 

Rəylər

1 Rəy

Qurban Qurbanov

24-09-2025, 5 ay əvvəl

Duz soze ne deyesen?

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
574

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
421

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
402

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
307

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
480

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
308

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
464

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
665

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
425

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
750