Nəsib İsmayılov: “Bülbülə qəsəbəsində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir”
Bülbülə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yol infrastrukturunun yaxşılaşdırılması, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Bu fikirləri Belediyye.infoya qeyd edən Suraxanı rayonu,
Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov daha sonra deyib ki, aparılan işlər çərçivəsində
İlqar Məmmədov küçəsinin bir hissəsində asfaltlama işləri həyata keçirilib.
Görülən işlər nəticəsində yolun həmin hissəsinin vəziyyəti yaxşılaşdırılıb, nəqliyyat
vasitələrinin və piyadaların hərəkəti üçün daha əlverişli şərait yaradılıb.
Bülbülə bələdiyyəsi qəsəbənin infrastrukturunun inkişafı, yolların vəziyyətinin yaxşılaşdırılması və sakinlərin gündəlik həyat şəraitinin daha da rahatlaşdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy