Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-08-2026 , 17:45

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: Çətinliklərə baxmayaraq, bələdiyyəyə müraciət edən hər bir vətəndaşın probleminin həllinə çalışırıq

“Bizim məqsədimiz seçicilərimizə xidmətdən keçir. Bu gün bələdiyyənin kollektivi bütün qüvvəsini sakinlərin qaldırdığı məsələlərin həllinə yönəldir. Ancaq bəllidir ki, hər bir məsələnin həlli bələdiyyədən maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS)  yaratdığı imkanlardan lazımı səviyyədə istifadə etməyə çalışır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Sədrin sözlərinə görə, ərazidə olan əmlakların 70 faizədək hissəsinin hüquqi statusunun olmaması bələdiyyənin büdcə gəlirlərinə də öz mənfi təsirini göstərir.

Çətinliklərə baxmayaraq, bələdiyyə ona müraciət edən hər bir vətəndaşın probleminin həllinə çalışır. Bu gün bələdiyyə tərəfindən həyata keçirilən layihələrin əksəriyyəti məhz vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlıdır.

Bu günlərdə qəsəbənin Murad Mirzəyev küçəsində abadlıq işləri həyata keçirilib. Küçəyə çınqıl tökülərək yayılmış və ərazidə bərkitmə işləri aparılmış, ərazi həm də bərk məişət tullantılarından təmişlənmiş, habelə qəsəbənin Leyla Məmmədbəyova küçəsinə isə 250 metrlik əraziyə asfalt qatı vurulmuşdur. Bununla yanaşı əvvəlcə iki küçənin birləşdirən ərazi təmizlənmiş, küçənin su axımının düz olması üçün küçənin səviyyəsi düzəldilmiş sonra isə asfalt qatı çəkilmişdir.

Layihənin icrası zamanı sakinlərlə keçirilən görüşdə sədr Nailə Nəsirova bu layihənin məhz sakinlərin ödədiyi vergilər hesabına icra edildiyini bildirib.

Sədr qeyd edib ki, son günlərdən Zabrat bələdiyyəsi artıq ərazidə beşinci layihəsini icra etməkdədir.

Küçə sakinləri bələdiyyənin bu addımını təqdirəlayiq hal hesab edərək təşəkkürlərini bildiriblər.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər