Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 23:37

279

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Buzovna qəsəbəsində “Bilik günü” qeyd edilib

15 sentyabr 2023-cü il tarixində Xəzər rayonu Buzovna qəsəbəsi 26 saylı tam orta məktəbində  “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə  tədbir keçirilmişdir.   Bayram tədbirində məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişlər.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

"Bilik Günü" və yeni tədris ilinin başlanması münasibətilə ilə keçirilən tədbirdə  Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov və sədr müavini Təbriz Ağayev də iştirak edib. Tədbirdə bələdiyyənin rəhbərliyi çıxış edərək müəllim və şagirdləri "Bilik Günü" və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Tədbirin sonunda qonaqlara məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər təqdim olunmuşdur.

Buzovna bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
183