Elşad Vəliyev Türkiyə - Azərbaycan Universitetini ziyarət edib
Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşən Türkiyə-Azərbaycan Universitetini ziyarət edib.
Ziyarət çərçivəsində universitetin rektoru, dosent Nəcibə Nəsibova ilə görüş keçirilib. Səmimi dostluq şəraitində keçən görüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də mövcud olan əməkdaşlıq əlaqələrinin faydalı inkişafından danışılıb.
Görüşdə iki qardaş ölkə arasında təhsil və elm sahəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişafı, xüsusilə gənc nəslin təhsilinə və müasir biliklərə yiyələnməsinə yönəlmiş birgə təşəbbüslər mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti, burada yaradılan təhsil imkanları və gələcəkdə həyata keçirilə biləcək qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin tələbə və müəllimlər arasında əlaqələrin, qarşılıqlı təcrübə mübadiləsinin və birgə elmi-təhsil təşəbbüslərinin genişləndirilməsinin faydalı olacağı vurğulanıb.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy