Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2026 , 17:32

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tahir Məmmədov: “Yasamal bələdiyyəsi tərəfindən rayonda abadlıq işlərinin aparılması  davam etdirilir”

 “Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında Yasamal bələdiyyəsi tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tahir Məmmədov deyib.

Sədr qeyd edib ki, rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə  məhəllədaxili yollara asfalt örtüyü çəkilir.

Hazırda bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən rayonun Rahib Tağıyev, Kamal Rəhimov, Ümüd Əkbərov küçələrinə və Şəfayət Mehdiyev 81 ünvanda abadlıq işləri aparılmış və  məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.

Sədr açıqlamasında bildirib ki, rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq  bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info



 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər