Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2026 , 21:37

77

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Keçiörən bələdiyyəsinin  nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Bu günlərdə Ankara şəhərinin Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslanın rəhbərlik etdiyi geniş tərkibli  nümayəndə heyəti ölkəmizdə  rəsmi səfərdə olub.

Bu barədə Belediyye.infoya məlumat Nərimanov bələdiyyəsindən daxil olub. 

Bələdiyyələrdə keçirilən görüşlərdə  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, eyni zamanda Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Keçiören Bələdiyyəsinin nümayəndə heyətinin Azərbaycana səfəri qardaşlaşmış bələdiyyələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyıb.

***

Nümayəndə heyətinin Nərimanov bələdiyyəsində, o cümlədən  Binəqədi, Sumqayıt, Şamaxı və Yevlax bələdiyyələrində görüşləri baş tutub. Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev müşayiət edib.

***

Nərimanov bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə  yerli özünüidarəetmə sahəsində həyata keçirilən layihələr, rayonun sosial-iqtisadi inkişafına yönəlmiş təşəbbüslər, bələdiyyələr arasında əməkdaşlıq imkanları və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Keçirilən görüşlərdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə layihələrin gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi bildirirlib.

Səfərin sonunda tərəflər xatirə hədiyyələri təqdim edib, qarşılıqlı ehtiram və dostluq münasibətlərinin rəmzi olaraq xatirə şəkli çəkdiriblər.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər