Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2026 , 15:13

270

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yeganə Abbasova : “Nifrəti gözəl niyyətlərə qurban edək”

 “Qurban bayramı sevginin, mərhəmətin, paylaşmağın və birlik olmağın ən gözəl nümunəsidir. Bu müqəddəs bayram insanları bir-birinə daha da yaxınlaşdırır, ürəklərdə sevgi, ümid və doğmalıq hisslərini artırır”- bu fikirləri öz sosial media platformasındakı hesabında Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova yazıb.

Sədr müavini sonra qeyd edib:

“Nifrəti gözəl niyyətlərə qurban edək, kin və qəzəbi ürəklərimizdən uzaqlaşdıraq. Yaxşı əməlləri paylaşaq, sevgi və mərhəməti çoxaldaq. Paylaşdıqca birliyimiz möhkəmlənsin, birlik artdıqca ruzimiz bərəkətimiz çoxalsın, evlərimizə huzur və xoşbəxtlik dolsun.

Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrimizi, qazilərimizi, müharibə iştirakçılarını və bütün xalqımızı ürəkdən təbrik edirəm. Hər ocağa sevinc, hər ailəyə ruzi bərəkət, can sağlığı və huzur arzulayıram.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, Xalqımızın birliyini və dövlətimizin gücünü daim etsin.

Qurban bayramınız mübarək!”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1407