İsrafil Hüseynov: “Hədəfimiz daha böyük uğura imza atmaqdır”
“Ay ərzində əmlak vergisinin həcmini 12 faizədək artıra
bilmişik”- bu fikirləri Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil
Hüseynov deyib.
Sədr qeyd edib ki, əgər 2025-ci ilin aprel ayında ümumilikdə 29.819 manat büdcə gəlir olmuşdursa, cari ilin aprelində bu rəqəm altı faiz artaraq 31.871 manata çatıb.
Əldə edilən nailiyyəti hələ böyük uğur hesab etmək olmaz. Hədəfimiz daha böyük uğura imza atmaqdır. Qeyd edək ki, çətin hava şəraiti aprel ayında vergi xidməti orqanı əməkdaşlarının fəaliyyətində ciddi çətinliklər yaratdı.
Sədr qeyd edib ki, əldə edilən hər bir manat sonda seçicilərin problemlərinin həllinə yönəldilir.
Rəylər
0 Rəy