Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2026 , 01:16

549

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Əmlak vergisinin həcmini sön dörd ildə iki dəfəyədək artırmışıq”

“Bələdiyyə olaraq vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəmizlə çalışırıq. Bu gün əmlak vergisinin həcmini  son dörd il ərzində 183 faiz, torpaq vergisinin həcmini dord dəfəyədək artıra bilmişiksə bu bütovlükdə vergi xidmətinin və kollektivin birgə fəaliyyətinin nəticəsidir”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr diqqəti bəzi rəqəmlərə də çəkib. 2023-cü ildə 75.462 manatlıq əmlak vergisi,  312 manatlıq torpaq vergisi,  2024-cü ildə  75.426  manatlıq əmlak vergisi,  345 manatlıq torpaq vergisi,  2025-ci ildə  151.875 manatlıq əmlak vergisi, 536  manatlıq torpaq vergisi əldə olunduğu halda bu rəqəmlər cari ilin yanvarı ayı ərzində müvafiq olaraq  əmlak vergisinin həcmi  214.192 manat, torpaq vergisinin həcmi isə 1.552 manat olub.

Göründüyü kimi, vergi xidməti var qüvvəsi ilə çalışır. Lakin rayon ərazisində aylıq vergi yığımının həcmini daha da artırmağa çalışırıq. Bunun üçün həm də BAMS-ın verdiyi imkanlardan istifadə etməyə çalışırıq.

Son olaraq qeyd edim ki,  əldə olunan vəsait sonda vətəndaşların qaldırdığı problemlərin həllinə yönəldilir. Artıq bələdiyyə də yaradılmış komissiya müraciət olunan ərazilərə baxış keçirmiş və təklifləri bələdiyyə iclasına təqdim etmişlər.

Yəqin ki,  yaxın günlərdə daha geniş layihələrin icrasına start veriləcəkdir. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər