Əziz Zeynalov: “Əmlak vergisinin həcmini sön dörd ildə iki dəfəyədək artırmışıq”
“Bələdiyyə olaraq vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəmizlə çalışırıq. Bu gün əmlak vergisinin həcmini son dörd il ərzində 183 faiz, torpaq vergisinin həcmini dord dəfəyədək artıra bilmişiksə bu bütovlükdə vergi xidmətinin və kollektivin birgə fəaliyyətinin nəticəsidir”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
diqqəti bəzi rəqəmlərə də çəkib. 2023-cü ildə 75.462 manatlıq əmlak vergisi, 312 manatlıq torpaq vergisi, 2024-cü ildə 75.426 manatlıq əmlak vergisi, 345 manatlıq torpaq vergisi, 2025-ci ildə
151.875 manatlıq əmlak vergisi, 536 manatlıq torpaq vergisi əldə olunduğu halda bu
rəqəmlər cari ilin yanvarı ayı ərzində müvafiq olaraq əmlak vergisinin həcmi 214.192 manat, torpaq vergisinin həcmi isə 1.552
manat olub.
Göründüyü
kimi, vergi xidməti var qüvvəsi ilə çalışır. Lakin rayon ərazisində aylıq vergi
yığımının həcmini daha da artırmağa çalışırıq. Bunun üçün həm də BAMS-ın
verdiyi imkanlardan istifadə etməyə çalışırıq.
Son
olaraq qeyd edim ki, əldə olunan vəsait
sonda vətəndaşların qaldırdığı problemlərin həllinə yönəldilir. Artıq bələdiyyə
də yaradılmış komissiya müraciət olunan ərazilərə baxış keçirmiş və təklifləri
bələdiyyə iclasına təqdim etmişlər.
Yəqin ki, yaxın günlərdə daha geniş layihələrin icrasına start veriləcəkdir.
Rəylər
0 Rəy