Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-09-2025 , 19:18

1318

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Buzovna bələdiyyəsində tədbir keçirilib

 “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan UADM tərəfindən Buzovna qəsəbəsində keçirilən "Açıq Qapı" günü tədbirində bələdiyyə olaraq vətəndaşları sosial problemləri ilə bağlı dəstək, psixo-sosial dəstək (uşaq və ailələr), psixoloji konsultasiya, aktiv öyrənmə və denver II testinin keçirilməsi istiqamətində maarifləndirərək xidmətlərdən yararlanmağa köməklik etmişdir”- bu məlumat Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsindən  daxil olub.

Məlumatda bildirilir ki, bələdiyyə qulluqçularının iştirak etdiyi seminarda bələdiyyə orqanlarında şəffaflıq prinsiplərinin tətbiq olunması, korrupsiyanın qarşısının alınması, bələdiyyə qulluqçuları arasında etik davranış qaydalarının tətbiqi, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi qaydaları və digər müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Görüşdə iştirak edən Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov  qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə açıq hökumət prinsiplərinin tətbiqi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin hazırlanması, ictimai nəzarətin gücləndirilməsi, bələdiyyə qulluqçusu-vətəndaş əlaqələrinin qurulması dövlət qurumları qarşısında duran mühüm məsələlərdəndir. Bu səbəbdən də müvafiq istiqamətlərdə dövlətvə bələdiyyə proqramları, fəaliyyət planları işlənib hazırlanır və hər bir dövlət qurumunun da üzərinə irəli gələn vəzifələrin yerinə yetirilməsi düşür.

Tədbir Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov, sədr müavini Təbriz Ağayev, Buzovna bələdiyyəsinin üzvü - Ailə, uşaq və gender bərabərliyi məsələləri daimi komissiyasının sədri Əfrasiyab Əmirov və bələdiyyə qulluqçusu Kifayət Ağayeva yaxından iştirak etmişdir.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1024

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1121