Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2026 , 11:07

152

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: “Bu gün kənd bələdiyyəsinin  büdcə gəlirinin 43 faizini yerli vergilər təşkil edir”

“Muxax bələdiyyəsi olaraq bu gün də  əsas fəaliyyətimiz vergi-uçot sistemində əvvəllər mövcud olmuş yalnışlıqları aradan qaldırmaqla, daim təkmilləşdirmək və onu müasir standartlar səviyyəsinə çatdırmaqdır” – bu fikirləri Belediyye.infoya Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.

Sədr qeyd edib ki, bu gün büdcə gəlirlərindəki artım  bələdiyyədə vergi-uçot sisteminin  düzgün qurulmasından xəbər verir.  BAMS proqramının verdiyi imkanlardan istifadə edərək həm SMS xidmətindən yararlanır, həm sürətli şəkildə  çıxarışların alınmasını həyata keçiririk. Nəticə isə göz önünüdədir. 2024-cü ilin birinci rübü ilə müqayisədə cari ildə əldə oliunan ümumi vəsaitinin həcmində üç dəfəyədək artım olub. Belə ki, iki il əvvəl birinci rüb ərzində ümumi büdcə gəlirinin həcmi 14.015 manat idisə bu gün bu rəqəm 40.516 manata təşkil edib. Və ən diqqəti çəkən məqam ondadır ki, kənd bələdiyyəsi olaraq cari ilin birinci rübündə əldə olunan vəsaitin 43 faizi əmlak və torpaq vergisindən daxil olub.  Yəni , ümumi 40.516 manatlıq büdcə gəlirinin 17.813 manatı yerli vergilərdən daxil olub. Bu irəliləyiş isə məhz BAMS proqramının ƏMDX məlumat sisteminə inteqrasiyası nəticəsində əldə olunub.

Sədr bələdiyyənin son üç ildə əldə olunan büdcə gəlirlərini əks etdirən rəqəmləri də diqqətə çatdırıb. 2024-cü ildə əladə olunan 14.015 manatın 1.633 manatı əmlak vergisindən, 3.507 manatı torpaq vergisindən, 2.479  manatı   bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 3.942 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,  2.452 manatı isə ot satışından  daxil olub.

2025-ci ildə əldə olunan 11.519 manatın 1.977 manatı əmlak vergisindən, 2.901 manatı torpaq vergisindən, 1.011 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 3.000 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,  2.629 manatı isə ot satışından daxil olub.

2026-cı ilin birinci rübündə isə əldə olunan  40.516 manatın  7.016  manatı əmlak vergisindən, 10.797 manatı torpaq vergisindən, 2.338 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 18.242 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,  2.118 manatı isə ot satışından  daxil olub.

Bu gün vergi xidməti artıq vergi ödəyicilərinin hər biri ilə əlaqə məlumatlarını dəqiqləşdirir. Nəzərə alaq ki, növbəti ildən artıq vərtəndaşlara bildirişlər onlayn şəkildə göndərilməlidir. Bizim məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir. Və bələdiyyənin kollektivi bu istiqamətdə ciddi şəkildə çalışır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər