Elvin Yusubov: “Bu gün kənd bələdiyyəsinin büdcə gəlirinin 43 faizini yerli vergilər təşkil edir”
“Muxax bələdiyyəsi olaraq bu gün də əsas fəaliyyətimiz vergi-uçot sistemində əvvəllər mövcud olmuş yalnışlıqları aradan qaldırmaqla, daim təkmilləşdirmək və onu müasir standartlar səviyyəsinə çatdırmaqdır” – bu fikirləri Belediyye.infoya Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.
Sədr
qeyd edib ki, bu gün büdcə gəlirlərindəki artım bələdiyyədə vergi-uçot sisteminin düzgün qurulmasından xəbər verir. BAMS proqramının verdiyi imkanlardan istifadə
edərək həm SMS xidmətindən yararlanır, həm sürətli şəkildə çıxarışların alınmasını həyata keçiririk. Nəticə
isə göz önünüdədir. 2024-cü ilin birinci rübü ilə müqayisədə cari ildə əldə
oliunan ümumi vəsaitinin həcmində üç dəfəyədək artım olub. Belə ki, iki il əvvəl
birinci rüb ərzində ümumi büdcə gəlirinin həcmi 14.015 manat idisə bu gün bu rəqəm
40.516 manata təşkil edib. Və ən diqqəti çəkən məqam ondadır ki, kənd bələdiyyəsi
olaraq cari ilin birinci rübündə əldə olunan vəsaitin 43 faizi əmlak və torpaq vergisindən
daxil olub. Yəni , ümumi 40.516 manatlıq
büdcə gəlirinin 17.813 manatı yerli vergilərdən daxil olub. Bu irəliləyiş isə məhz
BAMS proqramının ƏMDX məlumat sisteminə inteqrasiyası nəticəsində əldə olunub.
Sədr bələdiyyənin
son üç ildə əldə olunan büdcə gəlirlərini əks etdirən rəqəmləri də diqqətə
çatdırıb. 2024-cü ildə əladə olunan 14.015 manatın 1.633 manatı əmlak vergisindən,
3.507 manatı torpaq vergisindən, 2.479 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə
verilməsindən, 3.942 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 2.452 manatı isə ot satışından daxil olub.
2025-ci
ildə əldə olunan 11.519 manatın 1.977 manatı əmlak vergisindən, 2.901 manatı torpaq
vergisindən, 1.011 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən,
3.000 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 2.629 manatı isə ot satışından daxil olub.
2026-cı
ilin birinci rübündə isə əldə olunan 40.516
manatın 7.016 manatı əmlak vergisindən, 10.797 manatı torpaq
vergisindən, 2.338 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən,
18.242 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 2.118 manatı isə ot satışından daxil olub.
Bu
gün vergi xidməti artıq vergi ödəyicilərinin hər biri ilə əlaqə məlumatlarını dəqiqləşdirir.
Nəzərə alaq ki, növbəti ildən artıq vərtəndaşlara bildirişlər onlayn şəkildə
göndərilməlidir. Bizim məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir. Və bələdiyyənin
kollektivi bu istiqamətdə ciddi şəkildə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy