Siyəzən rayonunun üç bələdiyyəsi torpaq vergisinin həcmini 34 faiz artıra bilib
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Siyəzən rayonunda formalaşan 3 bələdiyyənin büdcə gəliri 265.300 manat olub. Bu 2024-ci illə müqayisədə 11.2 faiz azalma deməkdir. 2024-cü ildə 11 bələdiyyənin büdcə gəliri 298.600 manat olub.
Əldə edilən gəlirin 27.8 faizi vergilərdən,72.2 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 20.4
faizi torpaq, 7.5 faizi əmlak vergisindən daxil olub. Siyəzən rayonunun üç bələdiyyəsi
torpaq vergisinin həcmini 34 faiz artıra
bilib.
Siyəzən rayonun 3 bələdiyyəsinin büdcə gəlirinin 59.4 faizi
bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub. Bu isə 157.400 manat deməkdir.
Siyəzən bələdiyyələri
ötən il 54.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə
müqayisədə 39 faiz az deməkdir. İl ərzində
Siyəzənin üç bələdiyyəsinə 32.000 manat
dotasiya ayrılıb.
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində
reklam daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya
xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən bələdiyyə büdcəsinə
hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy