Ölkə bələdiyyələrinin əldə etdikləri vəsaitin 36 faizi Bakı bələdiyyələrinin üzərinə düşüb
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə ölkə bələdiyyələrinin büdcə gəliri 65.609.000 manat olub. Bu 2024-ci llə müqayisədə 5.2 faiz çox deməkdir. Qeyd edək ki, 2024-ci ildə ölkə bələdiyyələrin büdcə gəliri 62.359.100 manat olub. Əldə edilən gəlirlərin 52.5 faizi vergilərdən, 47.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.4 faizi torpaq, 36.1 faizi isə əmlak vergisindən daxil olub.
Ölkə bələdiyyələrinin büdcə gəlirin 29 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən, 3.8 faizi
mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 0.5 faiz bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və
digər xidmətlərə görə ödənişlərdən, 3.8 faizi avtodaynacaqlardan, 0.3 fiziki və
hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub.
Ölkə bələdiyyələrinə 2025-cü ildə 7.459.000 manat dotasiya və
subvensiya ayrılıb. Ötən il bu rəqəm 7.734.300 manat olmuşdur.
Ölkə bələdiyyələri ötən il ərzində mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmini 28 faiz, əmlak
vergisinin həcmini 22 faiz, torpaq
vergisinin həcmini isə 37.9 faiz
artıb.
Ötən il bələdiyyə müəssisələrindən daxil olan mənfəət
vergisinin həcmi 6.100 manat olub
Bununla yanaşı daşınmaz əmlak üzərində reklam daşıyıcısının
yerləşdirilməsi ilə bağlı ödənişlərin həcmində ciddi azalma müşahidə olunub
Bununla yanaşı ikinici dəfədir ki, ölkə bələdiyyələrin büdcə gəlirli
ümumilikdə 60 milyon manatı kecir. Bu rəqəmin də 23.126.000 manata yaxın hissəsi,
yəni 36 faizi paytaxt bələdiyyələrinin
üzərinə düşüb.
Belediyye.info
Rəylər
0 Rəy