Rizvan Rəhimov: “İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq”
“Şüvəlan bələdiyyəsi
daim büdcə daxilolmalarının həcmini artırmağa çalışır. Bunun üçün vergi xidməti
bütün qüvvəsini səfərbər etməkdədir”-bu fikirləri Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin
vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Xidmət rəhbəri
qeyd edib ki, sədr Telman Süleymanovun təşkilatçılığı ilə büdcə daxilolmalarında
tətbiq edilən yeniliklər, o cümlədən BAMS-ın yaratdığı imkanlar hesabına bələdiyyənin büdcə
gəlirlərində ciddi artımlar müşahidə olunub.
Artımların
əldə edilməsində BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə
inteqrasiya edilməsi, habelə elektron icra proqramının istifadəyə verilməsi,
habelə vergi xidməti əməkdaşlarının işinə məsuliyyətlə yanaşmasının mühüm rolu
olub.
Məhz
atılan addımlar sayəsində 2024-cü illin birini rübü ilə müqayisədə cari ildə büdcə daxilolmalarının həcmi 125 faiz
artıb.
Belə ki, bələdiyyənin
2024-cü ilin birinci rübü ərzində 26.258 manat büdcə gəliri olmuşdursa, cari
ildə bu rəqəm 59.063 manata bərabər olub.
2024-cü
ildə əldə olunun gəlirin 22.134 manatı əmlak, 4.123 manatı torpaq vergisindən
daxil olmuşdursa, cari ildə müvafiq olaraq bu rəqəmlər əmlak vergisi üzrə
45.205 manat, torpaq vergisi üzrə isə 13.858 manat olub. Bu isə əmlak vergisində
105 faizlik, torpaq vergisində isə 234 faizlik artım deməkdir.
Göründüyü
kimi, ümumi büdcə gəlirlərində olduğu kimi, əmlak vergisinin yığımında da kifayət qədər artım olub.
Xidmət rəhbəri
deyib ki, bu gün Şüvəlan bələdiyyəsinin vergi xidmətinin əsas məqsədi hədəfə
doğru addım atmaqdır. Bələdiyyə sədri Telman Süleymanovun cari ildə vergi xidməti
qarşısnda qoyduğu hədəf isə 400 min manatlıq büdcə gəliri əldə etməkdir.
İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy