Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2026 , 00:55

56

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Yaşar Abdullayev: “Bu uğura kollektiv üzvlərinin qarşılıqlı əməkdaşlığı sayəsində imza atmışıq”


“Məqsədimiz seçicilərimizə layiqincə xidmət etməkdir. Lakin bu xidmətin arxasında  maliyyə mənbəyi dayanmalıdır”- bu fikirləri Belediyye.infoya Gəncə şəhəri, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev deyib.

Kollektivimiz və xüsusəndə bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün həm BAMS -proqramının verdiyi imkanlardan yararlanır, həm də yeni vergi ödəyiciləri barədə məlumatları əldə edərək sistemə işləyirlər. Bu gün ərazidə olan vergi ödəyicilərinin böyük bir qismi BAMS proqramına işlənlimişdir. Nəzərə alsaq ki, növbəti ildən vergi ödəyicilərinə kağız formatında bildirişlərin verilməsi dayandırılır, demək bələdiyyənin vergi xidmətinin üzərinə daha böyük məsuliyyət yükü düşür. Odur ki, yaradılan imkandan yararlanaraq hər bir vergi ödəyici haqqında məlumatlar hazırda dəqiqləşdirilir, təkrar əlavə edilənlər, yalnış olan şəxsi məlumatlarda düzəlişlər edilir.  Az müddət ərzində bu proses başa çatdırılacaqdır.

Sədr bildirib ki, kollektiv üzvlərinin  qarşılıqlı əməkdaşlığının nəticəsidir ki, ümumi büdcə gəlirlərində 43 faizlik artım müşahidə olunub.

 Sədr açıqlamasında bəzi rəqəmlərədə toxunub:

“2024-cü ildə əmlak vergisinin həcmi 61.648 manat, torpaq vergisinin  həcmi 44.730 manat, avtodayanacaq rüsumunun həcmi 5.050 manat,  bələdiyyə icarəsinin həcmi  5.778 manat, bələdiyyə mülkiyyətinin  özgəninkiləşdirməsindən daxil olan vəsaitin həcmi  62.640 bələdiyyə müəssindən daxil olan mənfəət vergisinin həcmi 217 manat,  ümumi olaraq birinci rübdə əldə edilən gəlirin həcmi 180.064 manat təşkil edib.

Beləliklə, 2026-cü ildə əmlak vergisinin həcmi  71.346 manat, torpaq vergisini  həcmi 49.558  manat, avtodayanacaq rüsumunun həcmi 3.889 manat,  bələdiyyə icarəsinin həcmi  6.319 manat, bələdiyyə mülkiyyətinin  özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi  125.982, bələdiyyə müəssindən daxil olan mənfəət vergisi 100 manat,  ümumi olaraq birinci rübdə əldə edilən gəlirin həcmi 257.210 manat təşkil edib.”

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz