Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 23:19

69

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr: “Həyata keçirilən tədbirlər vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edir”

“Elman Mütəllimov adına küçədə Ağalıq bələdiyyəsi tərəfindən genişmiqyaslı abadlıq və yenidənqurma işləri uğurla həyata keçirilmişdir” – bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.

Sədr qeyd edib ki, aparılan tədbirlər çərçivəsində küçənin istismar müddətini başa vurmuş və yararsız vəziyyətə düşmüş yol örtüyü əsaslı şəkildə bərpa olunmuş, əraziyə yüksək keyfiyyətli çınqıl materialı döşənərək xüsusi texnika vasitəsilə hamarlanmışdır. Xüsusilə vurğulanmalıdır ki, abadlıq işləri küçədə yerləşən körpələr evi, usaq bağçası və məktəb yolunu da əhatə etmiş, bu ərazilərdə gediş-gəlişin təhlükəsizliyi və rahatlığı təmin edilmişdir.

Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkəti və piyadaların, xüsusilə uşaqların gediş-gəlişi üçün daha təhlükəsiz və rahat şərait yaradılmış, ərazinin ümumi görünüşü və infrastrukturu xeyli yaxşılaşdırılmışdır.

Sədr qeyd edib ki, Ağalıq bələdiyyəsi olaraq bu cür abadlıq tədbirləri vətəndaşların sosial rifahının yüksəldilməsinə, onların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Elman Mütəllimov adına küçədəki abadlıq işləri, bələdiyyəmizin yaşayış məntəqələrində müasir infrastrukturun formalaşdırılması istiqamətindəki ardıcıl və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir. Bu tədbirlər əhalinin rifahına göstərilən diqqət və qayğını nümayiş etdirir və bələdiyyəmizin vətəndaşlara olan məsuliyyətini bir daha təsdiqləyir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər