Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 23:10

62

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyələri əmlak vergisinin həcmini 66 faizədək artıra biliblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Şabran  rayonunda formalaşan 5 bələdiyyənin büdcə gəliri 649.800  manat olub. 2024-ci ildə bu rəqəm 629.000manat olmuşdu.  Bu isə o deməkdir ki,  2024-cü illə müqayisədə 2025-cü ildə Şabran rayonunda formalaşan 5 bələdiyyənin büdcə gəliri 3.3 faiz artıb.

Əldə edilən gəlirin 30.9 faizi vergilərdən, 69.1 faizi isə rüsumlardan daxil olub. Büdcə gəlirinin 21 faizi torpaq, 9.9 faizi əmlak vergisindən daxil olub.

Belediyye.infonun əldə etdiyi məlumata görə, il ərzində Şabran rayonunda formalaşan beş bələdiyyənin əmlak vergisinin həcmi 65.4 faiz, torpaq vergisinin həcmi isə 48.5 faiz artıb.

Şabran bələdiyyələrinin büdcə gəlirinin 59.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Şabran  bələdiyyələri ötən il 264.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 18.9 faiz az deməkdir. Bununla yanaşı il ərzində Şabranın beş bələdiyyəsinə 46.000 manat dotasiya ayrılıb.

Ancaq bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, habelə   daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər