Şabran və Siyəzən bələdiyyələrinin birgə əməkdaşlığı sayəsində şəhid ailəsi ziyarət edilmişdir
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə diqqət və qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Şabran və Siyəzən bələdiyyələrinin birgə əməkdaşlığı çərçivəsində şəhid ailəsi ziyarət edilmişdir.
Birgə təşkil olunan ziyarət zamanı ailə üzvlərinin sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılmış, onların müraciət və təklifləri dinlənilmişdir. Eyni zamanda mövcud məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilmiş, ailəyə mənəvi dəstək göstərilmişdir.
Nəsirov Ömər Məlik oğlu 10 noyabr 1971-ci ildə Şabran rayonunun Dağbilici kəndində anadan olmuşdur. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 28 yanvar 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür. Şabran Rayon İcra Hakimiyyətinin rəsmi məlumatlarına əsasən, Nəsirov Ömər Məlik oğlu itkin düşmüş hərbi qulluqçular siyahısında qeyd olunmuşdur.
Qeyd olunmuşdur ki, bu cür birgə fəaliyyətlər bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsinə, eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və qayğının daha da artırılmasına xidmət edir.
Azərbaycan xalqı Vətən uğrunda canından keçmiş qəhrəman övladlarını heç zaman unutmur, onların əziz xatirəsi daim uca tutulur.
Rəylər
0 Rəy