Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 11:26

88

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov: “Sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması daim bələdiyyənin  diqqət mərkəzindədir”

“Sakinlərin hər bir müraciətini diqqətdə saxlamaq və onun həlli ilə bağlı addım atmaq hər bir bələdiyyə sədrinin bir nömrəli vəzifəsi olmalıdır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu Aşağı Seyfəli bələdiyəsinin sədri Bəhruz Abbasov deyib.

Sədr qeyd edib ki, bu günlərdə kənd sakinlərinin müraciəti əsasında Aşağı Seyfəli bələdiyyəsi tərəfindən kəndin daxili yolunda qanunsuz zəbt olunmuş hissəyə baxış keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində yolun zəbt edilmiş hissəsi zəbtdən azad olunaraq əvvəlki vəziyyətinə qaytarılmışdır.

Bələdiyyə tərəfindən kənd ərazisində qanunsuz zəbt hallarına qarşı qətiyyətli mübarizə davam etdiriləcək, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması daim diqqət mərkəzində saxlanılacaqdır.

Unutmayaq ki, yollar ümumi istifadəyə aiddir və onların zəbt olunmasına yol verilməyəcəkdir”- bu fikriləri də bələdiyyə sədri qeyd edib.

Əlavə edək ki, Bəhruz Abbasov  ötən ilin sonlarında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında assosiasiyanın yeni  sədri seçilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər