Bəhruz Abbasov: “Sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması daim bələdiyyənin diqqət mərkəzindədir”
“Sakinlərin hər bir müraciətini diqqətdə saxlamaq və onun həlli ilə bağlı addım atmaq hər bir bələdiyyə sədrinin bir nömrəli vəzifəsi olmalıdır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu Aşağı Seyfəli bələdiyəsinin sədri Bəhruz Abbasov deyib.
Sədr
qeyd edib ki, bu günlərdə kənd sakinlərinin müraciəti əsasında Aşağı Seyfəli bələdiyyəsi
tərəfindən kəndin daxili yolunda qanunsuz zəbt olunmuş hissəyə baxış
keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində yolun zəbt edilmiş hissəsi
zəbtdən azad olunaraq əvvəlki vəziyyətinə qaytarılmışdır.
Bələdiyyə tərəfindən kənd ərazisində qanunsuz zəbt hallarına
qarşı qətiyyətli mübarizə davam etdiriləcək, sakinlərin rahat və təhlükəsiz
gediş-gəlişinin təmin olunması daim diqqət mərkəzində saxlanılacaqdır.
“Unutmayaq ki, yollar ümumi istifadəyə aiddir və onların zəbt olunmasına yol verilməyəcəkdir”- bu fikriləri də bələdiyyə sədri qeyd edib.
Əlavə edək ki, Bəhruz Abbasov ötən ilin sonlarında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında assosiasiyanın yeni sədri seçilib.
Belediyye.info
Rəylər
0 Rəy