Masallı bələdiyyəsində görüş keçirilib
Vüqar Tofiqli: “Büdcə gəlirlərinin dəfələrlə artırılması vergi-uçot sisteminin düzgün qurulmasından xəbər verir”
“Bələdiyyə olaraq əsas vəzifəmiz şəhər ərazisində sakinləri
narahat edən məsələlərin həllində xdimət
səviyyəsini artırmaqdır”- bu fikirləri
Masallı bələdiyyəsinin sədri Tural Ağammədov “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyinnin sədri Vüqar Tofiqli ilə keçirilən görüşdə səsləndirib.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti BAMS
proqramının verdiyi bütün imkanlardan
yararlanaraq vergi yığımının həcmini dəfələrlə artırmağa nail olub. Əgər 2025-ci
ilin birinci rübündə 5.547 manat əmlak və torpaq vergisi əldə edilmişdirsə,
cari ilin birinci rübündə bu rəqəm 27.180 manata bərabər olub. Beş dəfəyədək artımın olması məhz BAMS
proqramının ƏMDX məlumat sisteminə qoşulmasının nəticəsidir. Əgər elektron icra
sistemindən, o cümlədən SMS xidmətindən lazımı səviyyədə istifadə edilməsi nəticə
etibari ilə özünü büdcə gəlirlərində göstərir.
“Bu gün bələdiyyələr sosial media platformalarında üzləşdikləri
çətinlikləri, həyata keçirdikləri layihələri ictimailəşdirməklə yanaşı digər həmkarlarının
gördüyü işlərin bəyənilməsi yerli orqanların tanıtdırılmasında, şəffaflıq və
hesabatlılığın təmin edilməsində mühüm rol oynayır”-bu fikirləri isə “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.
Bir il ərzində yerli vergilərin həcminin büdcə gəlirlərində
ki həcminin birdən birə 3 faizdən 39 faizədək artırılması diqqəti çəkən nəticədir. Bu günədək fəaliyyəti
hiss olunmayan bir bələdiyyənin bu gün belə bir uğura imza atması və az müddət ərzində
təcrübəsi yayıla biləcək səviyyəyə çatması təqdirəlayiq bir haldır.
Əldə olunan uğurlaın kökündə bələdiyyə-icra münasibətlərinin
düzgün şəkildə qurulmasınında danimlaz rolu olduğunu qeyd edən sədr Tural Ağammədov
cari ildə daha böyük uğurlara imza atacağımıza inanırıq.
Görüş bələdiyyəni narahat edən digər mövzular ətrafında davam etdirilib.
Belediyye.info
Rəylər
0 Rəy