Məqsədimiz secicilərimizə layiqincə xidmət göstərməkdir
Yerli özünüidarə orqanlarının yaradılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Yerli
demokratiyanın inkişafı və təkmilləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi
olmaqla mühüm bir tarixi prosesdir. Bu təkmilləşdirmə prosesi bu gün də çox
uğurla ölkəmizdə davam etdirilir.
“Azərbaycan
üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi Ulu öndərin
bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyada bələdiyyələrin təşkilinin
və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanmışdır.
Yerli
demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati
tədbirlər görülmüş və 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə demokratik əsaslarla
bələdiyyə seçkiləri keçirilmiş və yerli özünüidarəetmə sistemi formalaşmışdır.
Ötən dövr ərzində
Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən strategiya və
qanunvericilik islahatları, institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində
bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşmiş, yerli özünüidarəetmə sistemi
yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll edilməsinə, əhalinin
mənafeyi naminə dövlət işlərinin bir hissəsinin yerinə yetirilməsinə imkan
vermişdir.
Həmçinin,Hörmətli
prezidentimiz İlham Əliyev cənablarının sərəncamları əsasında bələdiyyələrin fəaliyyətinin
təkmilləşdirilməsi,səmərəliliyinin daha da artırılması baxımından
qanunvericiliyə mütərəqqi dəyişikliklər edilmiş və bu dəyişikliklər içtimai həyatda,
sosial - iqtisadi proqramların həyata keçirilməsində bələdiyyələrin rolunu
artırmış, maliyyə imkanlarını xeyli genişləndirmişdir.
Yerli
özünüidarə qurumları qanunvericiliklə əhalinin konkret ictimai xidmətlərlə təmin
etmək öhdəliyi daşıyır və bunun üçün onlar ilk növbədə, zəruri maliyyə
resusrlarına malik olmalıdır. Deməli, bələdiyyələrin öz sələhiyyətlərini səmərəli
həyata keçirməsinin əsas şərtlərindən biri onların yetərli maliyyə potensialına
malik olmasıdır. Bələdiyyələr milli iqtisadi siyasət çərçivəsində öz
funksiyalarını həyata keçirərkən sərbəst surətdə istifadə etmək üçün kifayət həcmdə
xüsusi maliyyə vəsaitinə malik olmalıdır. Bələdiyyələrin öz vəzifələrini yerinə
yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi bələdiyyənin
fəaliyyətinin əsas mənbəyidir və onun zəif olması fəaliyyətinə ən ciddi təsir
göstərən amillərdəndir. Bələdiyyələrin maliyyə münasibətlərinin
formalaşdırılmasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri
və torpaqları haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”,
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və digər qanunların və hüquqi sənədlərin
qəbul edilməsi mühüm rol oynamış yerli əhəmiyytli məsələləri həll etmək
iqtidarında olan, müstəqil özüidarəetmə qurumu kimi fəaliyyət göstərməsinə şərait
yaradılmışdır.
Büdcə gəlirlərinin
artması birbaşa olaraq ərazidə həyata keçirilən abadlıq, infrastruktur və
sosialyönümlü layihələrin genişlənməsinə şərait yaradır. Artan maliyyə
imkanları hesabına yolların, səkilərin təmiri, yaşıllaşdırma işləri, kəndin kücələrinin
işıqlandırılması,kənddaxili yolların təmiri və digər ictimai əhəmiyyətli layihələrin
icrası daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilir.
Qarşıya
qoyulan əsas hədəf dayanıqlı maliyyə artımını təmin etmək, vətəndaş məmnunluğunu
yüksəltmək və bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərini
daha da gücləndirməkdir.
Kollektivin
birgə səyi və vətəndaşların fəal iştirakı ilə cari ildə də büdcə
daxilolmalarının artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək
və seçicilərə daha keyfiyyətli xidmət göstərilməsi təmin olunacaq.
Aydındır
ki, bələdiyyələrin maliyyə - iqtisadi fəaliyyətində yerli büdcənin tərtibi, təsdiqi
və icrası xüsusi əhəmiyyət kəsb edir. Yerli büdcənin hazırlanmasında planların,
xüsusilə strateji planların nəzərə alınması zəruridir. Məlumdur ki, büdcə bu və
ya digər təşkilatın real məqsəd və hədəflərini əksedtirən maliyyə sənədidir.
Büdcə özündə təşkılatın gündəlik fəaliyyət göstərmək və məqsədlərinə çatmaq
üçün sərf etdiyi maliyyə vəsaitlərini,eləcə də mövcud gəlir mənbələri və
onların həcmini əks etdirir.”
Bələdiyyələrin
işinin təkmilləşdirilməsi aşağıdakı istiqamətlərdə aparılmalıdır.
-İlk növbədə bələdiyyədə vergi ucot sisteminin layiqli şəkildə
qurulması BAMS proqramının bələdiyyəyə vermiş olan imkanlardan səmərəli istifadə
edərək bələdiyyənin yerli büdcəsinin artırılmasına nail olmaq.
-Bələdiyyələr ərazidə gördükləri işlərlə
əhalini tanış etmək üçün mütəmadi olaraq təbliğat aparmalı, elektron
informasiya texnologiya vasitəsi ilə görülən işləri işıqlandırmalıdır.
-Bələdiyyə büdcələri qarşıdakı bir
neçə ili əhatə edən strateji plan əsasında hazırlanmalıdır.
-Bələdiyyələr yerliözünüidarəetməni
tam həyata kecirməyə imkan verən büdcə gəlirlərinin artırılmasının təmin
olunması istiqamətində işlərini qurmalıdır.
-Bələdiyyələrə yeni salahiyyətlərin
verilməsi və onun maliyyə təminatının ayrılmasını təmin edən islahatların
aparılması vacibdir
-Vergilərin bələdiyyə büdcəsinə tam
ödənilməsini təmin etmək üçün marifləndirici tədbirlərələ yanaşı həvəsləndirimə
tədbirlərinin aparılması istiqamətində bələdiyyələr öz işlərini görməlidir.
-Bələdiyyə ərazisində olan şəhid ailələri,qazilər,müharibə
veteranları,xəstələr, tək kimsəsilər,imkansız ailələr bələdiyyənin diqqət mərkəzində
olmalıdır.
Bu məqsədə
çatmaq üçün daim büdcə gəlirlərinin artırılması istiqamətində düşünməli,
qanunvericiliyin verdiyi bütün imkanlardan səmərəli istifadə etməliyik.”
Secililərimizin
bizdən razı qalması üçün onların bizə edilən müraciətlərinə diqqətlə yanaşaraq həll edilməsi istiqamətində var qüvvəmizlə calışaraq nəzərdə tutduğumuz
layihələri gercəkləşdirəcəyik.
BAMS-ın, bələdiyyənin
qüvvə və vasitələrindən düzgün və məqsədyönlü istifadə olunması nəticəsində
2026-cı ilin yanvar ayı üzrə büdcə gəlirlərində ötən ilin müvafiq dövründən
250 faiz artım əldə olunub.
Bələdiyyə
büdcəsində əldə olan imkanlardan istifadə
edərək yeni layihələrin həyata kecirilməsini təmin edəcəyik.
Məqsədimiz
seçicilərimizə layiqincə və şəffaf şəkildə xidmət göstərməkdir.
ELVİN
YUSUBOV
Zaqatala
rayonu, Muxax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy