Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-02-2026 , 10:40

134

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Məqsədimiz secicilərimizə layiqincə xidmət göstərməkdir

Yerli özünüidarə orqanlarının yaradılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Yerli demokratiyanın inkişafı və təkmilləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi olmaqla mühüm bir tarixi prosesdir. Bu təkmilləşdirmə prosesi bu gün də çox uğurla ölkəmizdə davam etdirilir.

“Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyada bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanmışdır.

Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati tədbirlər görülmüş və 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə demokratik əsaslarla bələdiyyə seçkiləri keçirilmiş və yerli özünüidarəetmə sistemi formalaşmışdır.

Ötən dövr ərzində Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən strategiya və qanunvericilik islahatları, institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşmiş, yerli özünüidarəetmə sistemi yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll edilməsinə, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsinin yerinə yetirilməsinə imkan vermişdir.

Həmçinin,Hörmətli prezidentimiz İlham Əliyev cənablarının sərəncamları əsasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi,səmərəliliyinin daha da artırılması baxımından qanunvericiliyə mütərəqqi dəyişikliklər edilmiş və bu dəyişikliklər içtimai həyatda, sosial - iqtisadi proqramların həyata keçirilməsində bələdiyyələrin rolunu artırmış, maliyyə imkanlarını xeyli genişləndirmişdir.

Yerli özünüidarə qurumları qanunvericiliklə əhalinin konkret ictimai xidmətlərlə təmin etmək öhdəliyi daşıyır və bunun üçün onlar ilk növbədə, zəruri maliyyə resusrlarına malik olmalıdır. Deməli, bələdiyyələrin öz sələhiyyətlərini səmərəli həyata keçirməsinin əsas şərtlərindən biri onların yetərli maliyyə potensialına malik olmasıdır. Bələdiyyələr milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını həyata keçirərkən sərbəst surətdə istifadə etmək üçün kifayət həcmdə xüsusi maliyyə vəsaitinə malik olmalıdır. Bələdiyyələrin öz vəzifələrini yerinə yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi bələdiyyənin fəaliyyətinin əsas mənbəyidir və onun zəif olması fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir. Bələdiyyələrin maliyyə münasibətlərinin formalaşdırılmasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və digər qanunların və hüquqi sənədlərin qəbul edilməsi mühüm rol oynamış yerli əhəmiyytli məsələləri həll etmək iqtidarında olan, müstəqil özüidarəetmə qurumu kimi fəaliyyət göstərməsinə şərait yaradılmışdır.

Büdcə gəlirlərinin artması birbaşa olaraq ərazidə həyata keçirilən abadlıq, infrastruktur və sosialyönümlü layihələrin genişlənməsinə şərait yaradır. Artan maliyyə imkanları hesabına yolların, səkilərin təmiri, yaşıllaşdırma işləri, kəndin kücələrinin işıqlandırılması,kənddaxili yolların təmiri və digər ictimai əhəmiyyətli layihələrin icrası daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilir.

Qarşıya qoyulan əsas hədəf dayanıqlı maliyyə artımını təmin etmək, vətəndaş məmnunluğunu yüksəltmək və bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərini daha da gücləndirməkdir.

Kollektivin birgə səyi və vətəndaşların fəal iştirakı ilə cari ildə də büdcə daxilolmalarının artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək və seçicilərə daha keyfiyyətli xidmət göstərilməsi təmin olunacaq.

Aydındır ki, bələdiyyələrin maliyyə - iqtisadi fəaliyyətində yerli büdcənin tərtibi, təsdiqi və icrası xüsusi əhəmiyyət kəsb edir. Yerli büdcənin hazırlanmasında planların, xüsusilə strateji planların nəzərə alınması zəruridir. Məlumdur ki, büdcə bu və ya digər təşkilatın real məqsəd və hədəflərini əksedtirən maliyyə sənədidir. Büdcə özündə təşkılatın gündəlik fəaliyyət göstərmək və məqsədlərinə çatmaq üçün sərf etdiyi maliyyə vəsaitlərini,eləcə də mövcud gəlir mənbələri və onların həcmini əks etdirir.”

Bələdiyyələrin işinin təkmilləşdirilməsi aşağıdakı istiqamətlərdə aparılmalıdır.

          -İlk növbədə  bələdiyyədə vergi ucot sisteminin layiqli şəkildə qurulması BAMS proqramının bələdiyyəyə vermiş olan imkanlardan səmərəli istifadə edərək  bələdiyyənin yerli büdcəsinin  artırılmasına nail olmaq.

          -Bələdiyyələr ərazidə gördükləri işlərlə əhalini tanış etmək üçün mütəmadi olaraq təbliğat aparmalı, elektron informasiya texnologiya vasitəsi ilə görülən işləri işıqlandırmalıdır.

          -Bələdiyyə büdcələri qarşıdakı bir neçə ili əhatə edən strateji plan əsasında hazırlanmalıdır.

          -Bələdiyyələr yerliözünüidarəetməni tam həyata kecirməyə imkan verən büdcə gəlirlərinin artırılmasının təmin olunması istiqamətində işlərini qurmalıdır.

           -Bələdiyyələrə yeni salahiyyətlərin verilməsi və onun maliyyə təminatının ayrılmasını təmin edən islahatların aparılması vacibdir

           -Vergilərin bələdiyyə büdcəsinə tam ödənilməsini təmin etmək üçün marifləndirici tədbirlərələ yanaşı həvəsləndirimə tədbirlərinin aparılması istiqamətində bələdiyyələr öz işlərini görməlidir.

           -Bələdiyyə ərazisində olan şəhid ailələri,qazilər,müharibə veteranları,xəstələr, tək kimsəsilər,imkansız ailələr bələdiyyənin diqqət mərkəzində olmalıdır.

Bu məqsədə çatmaq üçün daim büdcə gəlirlərinin artırılması istiqamətində düşünməli, qanunvericiliyin verdiyi bütün imkanlardan səmərəli istifadə etməliyik.”

Secililərimizin bizdən razı qalması üçün onların bizə edilən müraciətlərinə  diqqətlə yanaşaraq həll edilməsi istiqamətində  var qüvvəmizlə calışaraq nəzərdə tutduğumuz layihələri gercəkləşdirəcəyik.

BAMS-ın, bələdiyyənin qüvvə və vasitələrindən düzgün və məqsədyönlü istifadə olunması nəticəsində 2026-cı ilin yanvar ayı üzrə büdcə gəlirlərində ötən ilin müvafiq dövründən 250  faiz artım əldə olunub.

Bələdiyyə büdcəsində əldə olan  imkanlardan istifadə edərək yeni layihələrin həyata kecirilməsini təmin edəcəyik.

Məqsədimiz seçicilərimizə layiqincə və şəffaf şəkildə xidmət göstərməkdir.

ELVİN YUSUBOV

Zaqatala rayonu,  Muxax bələdiyyəsinin sədri   

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər