Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2026 , 20:29

158

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 “Büdcə gəlirlərinin artımı hələ ki bizi qane etmir”-Ağaəli Məsimov

“Bakı şəhərində formalaşan 45 bələdiyyə sırasında doqquz aylıq büdcə daxilolmalarına görə, Kürdəxanı bələdiyyəsi yerli vergilərin yığım həcminə görə 35 faizlik artımla səkkizinci pilləyə çatıb.  Ancaq bu artım bizi hələ ki qane etmir. Odur ki, vergi xidmətinin əməkdaşları bütün qüvvələri səfərbər etməklə, həmçinin Bələdiyyələrin Vahid İnformasiya Sitemin yaratdığı imkanlardan yararlanmaqla büdcə gəlirlərini artırmağa çalışır”-bu fikirləri Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.

Ümumi büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki,   2025-ci ilin ilk 9 ayı ərzində ümumi gəlirlər 142.906 manat, 2026-cı ilin eyni dövründə isə 165.807 manat təşkil etmişdir. Müqayisədən göründüyü kimi, 2026-cı ilin 9 ayı ərzində gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22. 901 manat və ya 16,03% artmışdır.

Gəlirlərin artımında əsas pay torpaq və əmlak vergilərinin daxilolmalarının yüksəlməsi ilə bağlıdır.

Belə ki, torpaq vergisi üzrə daxilolmalar 2025-ci ilin ilk 9 ayında 21.468 manat olduğu halda, 2026-cı ilin eyni dövründə 28.102 manata yüksəlmişdir. Bu, 6 633,33 manat və ya 30,89% artım deməkdir.

Əmlak vergisi üzrə daxilolmalar 80.839 manatdan 110 219 manata çatmış, nəticədə 29 380 manat və ya 36,35% artım qeydə alınmışdır. Əmlak vergisi üzrə daxilolmalar ümumi gəlirlərin artımına ən böyük müsbət töhfəni vermişdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər