Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 00:48

165

Son xəbərlər

Bütün xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Bələdiyyənin gəlirlərini artırmağın ən sağlam yolu... ”

“Bələdiyyənin maliyyə dayanıqlığı yalnız xərcləri azaltmaqla deyil, vergi-uçot sistemini düzgün qurmaq və  yığım sistemini peşəkar təşkil etməkdən asılıdır”- bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr hesab edir ki, düzgün qurulmuş bələdiyyə işi:  “gəlir → plan → yığım → nəzarət → xidmət” prinsipi ilə işləməlidir. Bələdiyyə öz ərazisində olan bütün gəlir mənbələrini vahid uçota almalıdır.

Sədr qeyd edir ki, əsas məsələ: bələdiyyə “nə qədər vergi yığa bilərik?” sualından əvvəl “ərazimizdə neçə vergi ödəyicisi və neçə vergi obyekti var?” sualına cavab verməlidir. Ərazi üzrə tam vergi bazası yaradılmalı və bələdiyyə təxmini deyil, rəqəmlərlə idarə olunmalıdır. Vergi yığımı “vətəndaş müraciət edəndə” prinsipi ilə aparılmamalıdır. Peşəkar sistemdə bələdiyyə özü vergi bazasını formalaşdırmalıdır. Ərazidə nə vergi ödəyicisi varsa, onların uçot vəziyyəti məlum olmalı, uçot vəziyyəti daimi nəzarətdə saxlanılmalı dəyişiklik olduğu halda yenilənməlidir.

Ödənişdən yayınan şəxslər üzrə qanunvericilikdə nəzərdə tutulan tədbirlər ardıcıl və sənədləşdirilmiş şəkildə həyata keçirilməlidir.

Hər bir əmlak üzrə: nədir → haradadır → hüquqi statusu nədir → kim istifadə edir → hansı müqavilə əsasında istifadə edir → bələdiyyəyə nə qədər gəlir gətirir suallarının cavabı olmalıdır.

Sahibkarlıq obyektlərinə xüsusi diqqət olmalıdır. Belə ki, mağazalar; restoranlar; emalatxanalar; xidmət obyektləri; anbarlar; digər kommersiya obyektləri üzrə ayrıca məlumat bazası olmalıdır.

Burada məqsəd sahibkarı əsassız ödənişə cəlb etmək deyil. Əksinə, obyektin hüquqi statusu və qanuni vergi öhdəliyi dəqiq müəyyən edilməli və yalnız qanunla nəzərdə tutulan ödəniş tələb edilməlidir.

Gəlirin artması ilə yanaşı, xərclərə sərt nəzarət lazımdı. Yüksək gəlirli bələdiyyə maliyyə cəhətdən sağlam bələdiyyə demək deyil.

Aylıq olaraq: planlaşdırılan gəlir – faktiki gəlir – yığılma faizi – xərclər – borclar – bankdakı vəsait müqayisə edilməlidir.

Xüsusilə əməkhaqqı ilə bağlı vergi, sosial sığorta və digər məcburi ödənişlər vaxtında yerinə yetirilməlidir ki, gəlir toplandığı halda yeni borc yaranmasın.

Sədr qeyd edib ki, işçilərin fəaliyyəti  hər rübdə qiymətləndirilməlidir. Məsələn, hər bir vergi əməkdaşının aylıq göstəriciləri: neçə yeni ödəyici uçota alınıb; neçə obyekt müəyyən edilib; neçə borclu ilə iş aparılıb; nə qədər borc yığılıb; neçə uçot məlumatı yenilənib; neçə problemli iş həll olunub üzrə qiymətləndirilə bilər. Yəni qısası, işə gəldi-getdi yox, nəticə əsaslı idarəetmə olmalıdır.

Ən düzgün idarəetmə modeli: ərazi inventarlaşdırılır,  bütün vergi ödəyiciləri və obyektlər elektron bazaya daxil edilir, hər ödəyici üzrə öhdəlik hesablanır, ödənişlər gündəlik/aylıq izlənilir, borclular ayrıca qruplaşdırılır, borcların alınması üzrə qanuni tədbirlər görülür, bələdiyyə əmlakının gəlir potensialı qiymətləndirilir, aylıq gəlir planı və illik büdcə icra olunur və hər ay nəticələr bələdiyyə rəhbərliyi tərəfindən təhlil edilir.

Bələdiyyənin gəlirini artırmağın ən sağlam yolu yeni ödənişlərin tətbiqinə nail olmaq yox; əslində mövcud qanuni gəlir mənbələrinin 100 faizə yaxın uçota alınmasını və qanuni yığımını təmin etməkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
495