Sumqayıt bələdiyyəsi daha bir layihəyə imza atıb
Sumqayıt bələdiyyəsi şəhərin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 33 saylı marşrut üzrə hərəkət xətti üzrə asfaltlaşdırma işləri aparılmışdır. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, bir istiqamət üzrə ümumi uzunluğu
12,25 km olan marşrutun 1,5 km-lik hissəsi 76-cı məhəllə ərazisini, 8,45 km-lik
hissəsi şəhərdaxili ərazini, 2,4 km-lik hissəsi isə Bağlar yaşayış massivini əhatə
edir. Ümumi sahəsi 49 min kvadratmetr təşkil edən marşrut üzrə 76-cı məhəllənin
Hafiz Baxış küçəsində və Bağlar yaşayış massivinin İsmət Qayıbov küçəsində
asfaltlaşdırma işləri həyata keçirilmişdir.
Maliyyə imkanları çərçivəsində Sumqayıt bələdiyyəsi bundan
sonrada şəhərdə aparılan abadlıq-quruculuq işlərinə öz töhfəsini verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy