Bu gün Sumqayıt Bələdiyyəsində vətəndaş qəbulu keçirilmişdir
Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərilə çıxış ediblər .
Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə
infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər diqqət mərkəzində
olub.
Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə
həllini yerindəcə tapmaq mümkün olan məsələlər üçün aidiyyəti üzrə tapşırıqlar
verib.
O bildirib ki, qəbul zamanı qaldırılan məsələlər bələdiyyənin
sərhədləri daxilində mümkün qədər tez həll edilməlidir.
Hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstəriləcək, həlli
mümkün olmayan məsələlər isə əlaqədar dövlət və bələdiyyə strukturlarına yönləndiriləcəkdir.
Xüsusilə vurğulayaq ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin
əlaqələrinin gücləndirilməsində, problemlərin vaxtında aşkara çıxarılması və
aradan qaldırılması baxımından vacib rol oynayır.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy