Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 21:04

54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt bələdiyyəsi tərəfindən şəhərdə  yeni tullantı qutuları quraşdırılıb

Sumqayıt şəhəri ərazisində Sumqayıt bələdiyyəsi tərəfindən yeni müasir tullantı qutuları quraşdırılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

 Məlumatda qeyd edilir ki, Nəsimi adına Mədəniyyət və İstirahət parkında və yaxınlıqdakı xiyabanda zibil qutularının azlığı, xüsusən də istirahət günlərində müəyyən narahatlıqlar yaradırdı. Ziyarətçilər tullantıları atmaq üçün uzun məsafə qət etməli olur, bəzi hallarda isə ətraf mühitin çirklənməsi halları müşahidə edilirdi.

Sumqayıt bələdiyyəsi tərəfindən park ərazisində quraşdırılan yeni zibil qutularının təmizliyin qorunmasına və park sakinlərinin rahatlığına müsbət təsir göstərəcəyi gözlənilir.

Bu addımın şəhərin digər, insanların sıx istifadə etdiyi ərazilərində, park və xiyabanlarında da davamlı olaraq tətbiq edilməsi nəzərdə tutulur. Ümumilikdə, zibil qutularının sayının artırılması həm şəhərin estetik görünüşünə, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər