Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2026 , 10:00

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Azərbaycan bələdiyyə sisteminin formalaşması Ulu öndərin adı ilə  sıx bağlıdır”

"Müstəqilliyimizin ilk ilində çətin və gərgin günlərlə üz-üzə qalan Azərbaycan nicat yolunu məhz Ulu öndər Heydər Əliyevin simasında gördü.  Belə bir vəziyyətdə Azərbaycanın sayılan-secilən dəyərli ziyalıları, ölkənin gələcəyini düşünən insanlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Həmin gərgin illərdə bütün proseslərin mərkəzində isə Nərimanov rayonu dayanırdı. Ulu öndərin siyasətini dəstəkləyənlərlə ilk görüşü də məhz Nərimanov rayonunda olmuşdur”- bu fikirləri Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında HEYDƏR ƏLİYEV irsi”  mövzusunda keçirilən konfransda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz Ulu öndərin müstəsna rolunun olması danılmaz faktdır. Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu çətin və gərgin günlərdən çıxarmış oldu.

Təmraz Tağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan bələdiyyə sisteminin formalaşması, qanunvericilik bazasının hazırlanması, ilk bələdiyyə seçkilərinin təşkili Ulu öndərin adı ilə sıx bağlıdır. İyirmi altı ildir  ölkə bələdiyyələri Ulu öndərin tövsiyələrinə uyğun fəaliyyətdə və inkişafdadır. Bu gün hər bir bələdiyyənin fəaliyyəti Ulu öndərin bu fikirlərinə söykənir. Ulu öndər çıxışlarının birində deyirdi: “ Yerliözünüidarəetmənin yaradılması Azərbaycanda gedın demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Bələdiyyələrin seçilməsi, onların təşkili  və fəaliyyəti cəmioyyətimizin və dövlətimiz üçün çox vacibdir”

Bu gün tam əminliklə deyirəm ki, rayonların sosial-iqtisadi inkişafında, əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyin göstərilməsində bələdiyyələr daim yerli icra hakimiyyəti orqanlarının yanındadırlar. Üstəlik Adminstrasiyanın bələdiyyələr iş sektoprunun dəstəyi ilə yaradılan BAMS proqramı bələdiyyələrin büdcə gəlirlərinin artmasında xüsusi rolu olub.

Bu gün hər bir bələdiyyə orqanı var qüvvəsi ilə çalışıb inzibati ərazisində  ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi üçün öz töhfəsini verməkdədir

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər