Asif Həşimov: “Bu gün hər bir bələdiyyənin əsas məqsədi seçicilərinə verdiyi sözü layiqincə yerinə yetirmək olmalıdır.”
“Vəndam
bələdiyyəsi əldə etdiyi maliyyə vəsaitinin böyük bir hissəsini sakinlərin
qaldırdığı problemlərin həllinə yönəldir”- bu fikirləri Belediyye.infoya Qəbələ
rayonu Vəndam Bələdiyyəsinin sədri Asif Həşimov deyib.
Sədrin
sözlərinə görə, Vəndam bələdiyyəsi ərazisində
2020-ci il ərzində, ümumi sahəsi 11.250 kv metr, 2022-ci il ərzində, ümumi sahəsi
2.227 kv metr, 2023-cü il ərzində, ümumi sahəsi 5.000 kv.m yeni asfalt yol çəkilmişdir.
Bununla yanaşı qəsəbənin Dəşmir və
Maralyalayan qəbristanlıqlarına gedən yollara 1.9 km məsafədə qum-çınqıl tökülərək
yayılmışdır. Bələdiyyənin ərazidəki qəbirstanlıqların mühafizəsi, səliqə-səhmanın
qorunması sahəsində atdığı addımlara sakinlər də öz dəstəklərini göstərməyə çalışırlar.
Vəndam bələdiyyəsi cari ildə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində 520 ədəd ağac
tingi əkilərək aqro texniki qulluq göstərilməkdədir. 100 ədət iri tutumlu zibil
qabları alınaraq vətəndaşların istifadəsinə verilməsi də bələdiyyənin həyata keçirdiyi
layihərdəndir. Vəndam bələdiyyəsi həmçinin
mütəmadi olaraq ərazidə təmizlik aksiyaları da təşkil edilir.
Sədr
qeyd edib ki, bu gün hər bir bələdiyyənin əsas məqsədi seçicilərinə verdiyi
sözü layiqincə yerinə yetirmək olmalıdır. Bizdə var qüvvəmizlə bu istiqamətdə
çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy