Bu gün Azərbaycan yeni inkişaf hədəfləri müəyyənləşdirmiş qüdrətli dövlətdir: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm və tarixi missiya həyata keçirən siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən partiyanın keçdiyi yol Azərbaycanın müasir tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam
bərpa etmiş, qarşısında yeni inkişaf hədəfləri müəyyənləşdirmiş qüdrətli dövlətdir.
Bu nailiyyətlər dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin, xalqımızın
həmrəyliyinin və birliyinin nəticəsidir.
Bu ümumi inkişaf prosesində Mingəçevir şəhərinin də özünəməxsus
yeri vardır. Mingəçevir energetika, sənaye, təhsil, idman və turizm potensialı
ilə ölkəmizin mühüm şəhərlərindən biridir. Son illərdə şəhərdə həyata keçirilən
quruculuq və abadlıq işləri, sosial və infrastruktur layihələri Mingəçevirin
inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Bu prosesdə şəhərin ictimai-siyasi həyatında YAP Mingəçevir
şəhər təşkilatının üzərinə də mühüm vəzifələr düşür.
Əsas məqsədimiz partiya ideologiyasının mahiyyətini və dövlətimizin
həyata keçirdiyi siyasətin nəticələrini cəmiyyətə düzgün çatdırmaq, vətəndaşlarla
səmərəli və davamlı ünsiyyət qurmaq, onların müraciət və təkliflərinə həssas
yanaşmaqdır.
Xüsusilə gənclərin ictimai-siyasi fəallığının artırılması,
onların təşəbbüslərinin dəstəklənməsi və şəhərin ictimai həyatında daha fəal
iştirakının təmin olunması qarşıda duran əsas vəzifələrdən biri olmalıdır.
Mingəçevirin inkişafı naminə həyata keçirilən hər bir təşəbbüsə
ictimai dəstəyin formalaşdırılması, şəhər sakinlərinin proseslərə daha fəal cəlb
edilməsi və sağlam ictimai rəyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatı
qarşıya qoyulan vəzifələrin icrası istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir
və təqdim olunan hesabatı qənaətbəxş hesab etmək olar.
Eyni zamanda, əldə olunan nəticələr qarşıdakı dövr üçün daha
böyük məsuliyyət və yeni vəzifələr müəyyənləşdirir. Qarşımızda duran əsas məqsədlərdən
biri partiya üzvləri arasında birlik və həmrəyliyi daha da möhkəmləndirmək, vətəndaşlarla
əlaqələri gücləndirmək və Mingəçevirin ictimai həyatında fəal iştirak etməkdir.
İnanıram ki, YAP Mingəçevir şəhər təşkilatı bundan sonra da
öz fəaliyyətini daha da təkmilləşdirəcək, şəhərimizin inkişafı ilə bağlı
proseslərdə fəal iştirak edəcək və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə
öz layiqli töhfəsini verəcəkdir.
Anar İsmayılov
Mingəçevir bələdiyyəsinin sədri
Rəylər
0 Rəy