Yeddi bələdiyyənin 75 min, 29 bələdiyyənin isə 750 min manat borcu var: CİDDİ
Kürdəmir rayonunda formalaşan 14 bələdiyyədən 7-nin DSMF -yə 75.257 manat borcu var.
Belediyye.infonun əldə etdiyi məlumata görə, Yenikənd bələdiyyəsinin 11.900 manat, Cəyli bələdiyyəsinin 20.230 manat, Muradxan bələdiyyəsinin 13.020 manat, Mollakənd bələdiyyəsinin 16.499 manat, Mehdili bələdiyyəsinin 7.115 manat, Köhünlü bələdiyyəsinin 2.873 manat, Sığırlı bələdiyyəsinin 3.530 manat borcu var.
DSMF borcu
olan bələdiyyələr borcu azaltsalarda, onun bağlanılması mümkün olmayıb.
Kürdəmir,
Karrar qəsəbə, Xırdapay, Topalhəsənli, Atakişili, Karrar kənd, Şilyan-Qarabucaq bələdiyyələri
DSMF-yə olan borclarını bağlayıblar.
Əlavə edək ki, Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin DSMF-yə olan borcu 106.146 manat təşkil edir. Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən isə, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var. Qax rayonunda formalaşan səkkiz bələdiyyədən altısının DSMF-yə ümumilikdə 40.288 manat borc var.
Beləliklə, Gədəbəy, Yardımlı, Qax və Kürdəmir rayonunda formalaşan 29 bələdiyyənin 749.291 manat DSMF-yə borcu var.
Belediyye.info
Rəylər
0 Rəy