Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-07-2026 , 22:49

207

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Boradigah bələdiyyəsi bundan sonra da sakinlərin maraqlarına xidmət edən fəaliyyətini davam etdirəcəkdir”

Masallı rayonu, Boradigah bələdiyyəsi bu gün altıaylıq hesabatını təqdim edib. 

Hesabat yığıncağında şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq bələdiyyənin cari ilin 6 ayı üzrə əsas maliyyə göstəricilərini diqqətə çatdıran xanım sədr Tünzalə Qardaşova bildirib ki,  bələdiyyənin altı ay üzrə ümumi büdcədaxilolmalarının həcmi  16.593 manat  olub ki, onunda 3.975 manatı torpaq vergisindən, 6.627 manatı əmlak vergisindən, 5.990 manatı  bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

Bələdiyyənin müvafiq dövrdə ümumi xərci  16. 074 manat olub.

Sədr çıxışında hesabat dövründə aparılan sistemli işlər nəticəsində torpaq və əmlak vergilərinin yığımında əvvəlki dövrlə müqayisədə 59 dəfə artım əldə edildiyini qeyd edib,  BAMS üzrə rəsmi göstəricilərə əsasən Boradigah bələdiyyəsi respublika üzrə qəsəbə bələdiyyələri arasında torpaq və əmlak vergilərinin yığımına görə 2-ci yerə tutduğunu bildirib.

Sədr sonda qeyd edib ki, Boradigah bələdiyyəsi bundan sonra da sakinlərin maraqlarına xidmət edən fəaliyyətini davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
953