Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-05-2026 , 23:53

188

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Kişinyov şəhərində “Merlər Razılaşması - Şərq Tərəfdaşlığı”nın İdarə Heyətinin növbəti  iclası keçirilir

Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən “Merlər Razılaşması - Şərq Tərəfdaşlığı”nın İdarə Heyətinin 4-cü iclasında iştirak etdi.

Tədbir Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən və dünyada iqlim, enerji səmərəliliyi və davamlı şəhər inkişafı sahəsində ən böyük platformalardan biri hesab olunan “Merlər Razılaşması” çərçivəsində təşkil olunub. Görüşdə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, dayanıqlı inkişaf strategiyaları, enerji səmərəliliyi, yaşıl infrastruktur və iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılması istiqamətində müzakirələr aparılıb.

İclas çərçivəsində iştirakçılar Moldovanın Stăuceni bələdiyyəsinin uğurlu təcrübələri ilə tanış olub, həyata keçirilən ekoloji və innovativ layihələr barədə məlumat əldə ediblər. Tədbirdə həmçinin şəhərlərin gələcək inkişaf prioritetləri, beynəlxalq tərəfdaşlıq imkanları və regional əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Mingəçevir Bələdiyyəsi olaraq beynəlxalq platformalarda fəal iştirak şəhərimizin dayanıqlı inkişafı, ekoloji təşəbbüslərin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mingəçevir bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər