Kişinyov şəhərində “Merlər Razılaşması - Şərq Tərəfdaşlığı”nın İdarə Heyətinin növbəti iclası keçirilir
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov Moldovanın
paytaxtı Kişinyov şəhərində keçirilən “Merlər Razılaşması - Şərq Tərəfdaşlığı”nın
İdarə Heyətinin 4-cü iclasında iştirak etdi.
Tədbir Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən və
dünyada iqlim, enerji səmərəliliyi və davamlı şəhər inkişafı sahəsində ən böyük
platformalardan biri hesab olunan “Merlər Razılaşması” çərçivəsində təşkil
olunub. Görüşdə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi,
dayanıqlı inkişaf strategiyaları, enerji səmərəliliyi, yaşıl infrastruktur və
iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılması istiqamətində müzakirələr
aparılıb.
İclas çərçivəsində iştirakçılar Moldovanın Stăuceni bələdiyyəsinin
uğurlu təcrübələri ilə tanış olub, həyata keçirilən ekoloji və innovativ layihələr
barədə məlumat əldə ediblər. Tədbirdə həmçinin şəhərlərin gələcək inkişaf
prioritetləri, beynəlxalq tərəfdaşlıq imkanları və regional əməkdaşlığın gücləndirilməsi
məsələləri diqqət mərkəzində olub.
Mingəçevir Bələdiyyəsi olaraq beynəlxalq platformalarda fəal iştirak şəhərimizin dayanıqlı inkişafı, ekoloji təşəbbüslərin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy