Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2026 , 23:23

71

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: "Cari ilin birinci rübündə yerli vergilərin yığımında üç dəfəyədək artım olub"


“Hazırda Vəndam bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib. Bunun üçün BAMS proqramının verdiyi imkanlardan istifadə etməklə yanaşı, bələdiyyənin vergi-uçot sistemi təkmilləşdirilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov deyib.

Sədr qeyd edib ki, 2025-ci ildə 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi gəlirlərdə azalma müşahidə edilsə də, 2026-cı ilin I rübündə büdcə  gəlirləri 2025-ci il ilə müqayisədə 2.6 dəfədən çox artıb. 2024-cü ilin ilk üç ayında 68.124 manat gəlir əldə edilmişdirsə, 2025-ci ildə bu göstərici 12.135 manat, 2026-ci ildə isə büdcə gəlirlərinin həcmi 32.056 manata bərabər olub.

Torpaq, əmlak vergisində, həmçinin icarə haqqlarında və bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən daxil olan gəlirlərdə davamlı olaraq artımlar qeydə alınıb.

2024 -cü illin birinci rübü ilə müqayisədə cari ildə torpaq vergisində 3.2 dəfəyədək, əmlak vergisində  isə 3 dəfəyədək artım müşahidə olunub. Belə ki, 2024 -ci birinci rübündə 3.267 manatlıq torpaq vergisi toplanıldığı halda, bu rəqəm cari ildə 10.349 manat təşkil edib. Müvafiq olaraq əmlak vergisi 1.388 manatdan 4.133 manatadək yüksəlib. 

Təəssüf ki, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi  iki il ərzində 82 faizədək  azalıb. Müvafiq qurum bir tərəfdən bələdiyyələrə əmlak vergisinin yığımında dəstək göstərsə də, digər bir tərəfdən bələdiyyələrə problem yaratmaqdadır. Bələdiyyə mülkiyyətinin tanıtdırılmasında hazırda ciddi problemlər mövcuddur.

Düşünmək olar ki, əgər bələdiyyələrin bələdiyyə əmlakının özgəninkiləşdirilməsində yaranmış problemlər öz həllini tapmış olarsa, bələdiyyələrin büdcə gəlirlərində kifayət qədər artım müşahidə edilə bilər ki, bu nəticədə seçicinin problemlərinin həlli deməkdir.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər