Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2026 , 09:28

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr: “Bələdiyyə olaraq  yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün görülən işlərə öz dəstəyimizi  göstərməkdəyik”

“Ölkə ərazisində son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”- bu fikirləri  Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə deyib.

Sədr deyib ki, intensiv yağışlar Siyəzən şəhərində ciddi fəsadlar yaradıb. Əsasən Arzuman Cabbarov və Şamil Baxşıyev küçələrinə ciddi fəsadlar yaradıb.Bu gün Siyəzən şəhərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində görülən tədbirlər nəticəsində Rayon İcra Hakimiyyətinin başçısı,  cənab Novruz Novruzov tərəfindən əraziyə baxış keçirilmiş, Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının üzvlərinə müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir. 

Sədr qeyd  edib ki, bizdə bələdiyyə olaraq əraziyə baxış keçirib, problemli nöqtələri müəyyən ediblər. Suyun çəkilməsində və istiqamətinin dəyişdirlməsi üçün RİH başçısnın tövsiyəsi ilə ciddi addımalr atılıb.   Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.

Bələdiyyə olaraq  yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün bizdə görülən işlərə öz dəstəyimizi  göstərməkdəyik.

Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər