Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2026 , 00:08

142

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Masallı bələdiyyələri əmlak vergisinin həcmini iki dəfəyədək artıra bilib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Masallı rayonunda formalaşan 18 bələdiyyənin büdcə gəliri 1.351.500 manat olub. Bu rəqəm  2024-ci llə müqayisədə 24.2 faiz yüksəkdir.

Əldə edilən gəlirin 16.5 faizi vergilərdən, 83.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 5.5 faizi torpaq, 11 faizi əmlak vergisindən daxil olub. Qeyd edək ki, 2025-ci ildə Masallı bələdiyyələri əmlak vergisinin həcmini iki dəfəyədək artıra bilib. Belə ki, il ərzində 18 bələdiyyənin əldə etdiyi əmlak vergisinin həcmi 148.500 manat olub.  

Masallı bələdiyyələrinin büdcə gəlirinin 67.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Masallı bələdiyyələri bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən il ərzində 750 min manata yaxın maliyyə vəsaiti əldə ediblər. Bu da ötən illə müqayisədə 5.4 faiz artıq deməkdir.  İl ərzində  Masallı bələdiyyələrinə 175.000 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən il ərzində bələdiyyə büdcəsinə  3400 manat vəsait daxil olub. Bu isə ötən illə müqayisədə 3.8 dəfə çox deməkdir.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər